2021-ci ilin yanvar-avqust aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 580 milyon 597,1 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,8% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 398 milyon 829,9 min manat (artım 9%) və ya bazar üzrə bütün sığorta haqlarının 68,7%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 217 milyon 530,7 min manat (artım 22,4%), qeyri-həyat sığortası üzrə sığorta haqları 181 milyon 299,2 min manat (azalma 3,6%) təşkil edib.
Yanvar-avqust aylarında icbari sığorta növləri üzrə sığorta haqları 181 milyon 767,2 min manat (artım 11,7%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (188 milyon 301 min manat), könüllü tibbi sığorta (75 milyon 354,6 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (66 milyon 102,3 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Yanvar-avqust aylarında bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 56,8%-ni təmin edib.
8 ay ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 339 milyon 866,4 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 29,2% çoxdur.
Yanvar-avqust aylarında sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 257 milyon 744,4 min manat (artım 17,6%) və ya bazar üzrə bütün ödənişlərin 75,8%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 190 milyon 363,8 min manat (artım 17,3%), qeyri-həyat sığortası üzrə ödənişlər 67 milyon 380,6 min manat (artım 18,6%) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 82 milyon 121,9 min manat (artım 87%) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (188 milyon 154,2 min manat), könüllü tibbi sığorta (52 milyon 394,1 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (45 milyon 600,3 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 84,2%-ni təmin edib.
Avqust ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət