Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2021-ci ilin noyabr ayında valyuta hərraclarında $853,6 milyon məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin oktyabr ayında valyuta hərraclarında $539,9 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, noyabr ayında xarici valyuta satışının həcmi oktyabr ayı ilə müqayisədə 58,1% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2021-ci ilin yanvar-noyabr aylarında ARDNF valyuta hərraclarında $5 milyard 698,9 milyon (2020-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 14,5% - İF) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir.
Azərbaycan Dövlət Neft Fondu 2020-ci ildə valyuta hərraclarında $7 milyard 303,64 milyon məbləğində xarici valyuta (2019-cu illə müqayisədə artım 10,7%) satıb. 2020-ci ildə dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması ilə əlaqədar xarici valyutaya tələbatın artması müşahidə olunub və bu səbəbdən Azərbaycan əhalisi arasında ajiotaj yaranıb. ARDNF milli valyutanın devalvasiyasına yol verilməməsi və mövcud tələbatın ödənilməsi məqsədilə Mərkəzi Bankın təşkil etdiyi hərraclarda xarici valyutanın satış həcmini artırıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət