Rəsmi Bakı İrəvanı Azərbaycan, RF və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatları diqqətlə oxumağa və bu sənədlərlə üzərinə götürdüyü öhdəliklərin icrasına keçməyə çağırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
“Ermənistan XİN-nə indi saxta əsaslarla beynəlxalq ictimaiyyətə üz tutmaqdansa, öz ölkələrinin liderinin imzaladığı bəyanatları diqqətlə oxumağı və bu sənədlərlə üzərilərinə götürdükləri öhdəliklərin icrasına keçməyi tövsiyə edirik”, - deyə açıqlamada qeyd olunur.
XİN-dən vurğulayıblar ki, Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürməklə üçtərəfli bəyanatları yerinə yetirməkdən boyun qaçırmağa və beynəlxalq ictimaiyyətin diqqətini yayındırmağa cəhd göstərir.
“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası Prezidentinin ölkənin Quba rayonunda sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlərin imzalanmış üçtərəfli bəyanatlara guya uyğun olmaması və Ermənistanın ərazi bütövlüyünə təhdid təşkil etməsi iddiası Ermənistan tərəfinin öz öhdəliklərini yerinə yetirməkdən boyun qaçırdığını gizlətmək, öz əhalisində əsassız fobiyalar yaratmaq və beynəlxalq ictimaiyyətin diqqətini bu məsələdən yayındırmaq cəhdidir”, - deyə açıqlamada bildirilir.
Qeyd olunub ki, Azərbaycan tərəfi dəfələrlə və ən yüksək səviyyədə üç ölkənin liderlərinin imzaladıqları birgə bəyanatların icrasının vacibliyini vurğulayıb, tərəfimizdən bu istiqamətdə konkret addımlar atılıb.
“Ermənistan isə üzərindən bir ildən çox vaxt keçməsinə baxmayaraq, müxtəlif bəhanələrlə öhdəliklərini yerinə yetirmir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına əngəl törədir. Azərbaycanın Qarabağ bölgəsinə əsassız iddialarından hələ də əl çəkməyən, revanşizm sərgiləyən Ermənistan Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində addımlarına qarşılıq vermir”, - deyə açıqlamada vurğulanır.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət