2021-ci ildə Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracı 3% - 539,7 min tonadək artıb. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert bəyan edib.
Dekabrın 27-də "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli arasında videokonfrans formatında görüş keçirilib.
“Malların təhlükəsizliyi istiqamətində nəzarət prosedurlarında ciddi dəyişikliklər fonunda Azərbaycandan Rusiyaya bitkiçilik məhsullarının ixracının 2021-ci ildə 3% artaraq539,7 mintona çatdırılıb”, - Dankvert bildirib.
Onun sözlərinə görə, Azərbaycan MDB ölkələri arasında Rusiyaya ən böyük pomidor tədarükçüsü (130 minton) və almanın aparıcı ixracatçılarından biri (60,2 minton) olaraq qalıb.
Həmçinin, Dankvert qeyd edib ki, 2020-ci ilin dekabrında bu məhsulların Rusiyaya idxalına məhdudiyyətlər tətbiq edildikdən sonra "Rosselxoznadzor" AQTA ilə birlikdə onların əkin sahələrinə dair video sorğular aparıb, nəticədə mərhələli şəkildə212pomidor istehsalçısı və76alma istehsalçıları ixracı bərpa edə biliblər.
O vurğulayıb ki, cari il Azərbaycan həmçinin bir sıra ticarət mövqeləri üzrə Rusiya bazarında iştirakını gücləndirib.
“Belə ki, ixrac edilən nektarinlərin həcmi3dəfə (ötən il4,3 mintona qarşı12,9 minton), şaftalı3dəfə (3,1 mintona qarşı9,5 minton), armud2,9dəfə (1,8 mintona qarşı5,3 minton), ərik2,8dəfə (712tona qarşı2 minton), üzüm44% (6,5 mintona qarşı9,4 minton), xurma33% (102,1 mintona qarşı136,2 minton), nar24% (12 mintona qarşı14,9 minton) və kartof23% (ötən il69 mintona qarşı85 minton) artıb”, - Dankvert deyib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət