Azərbaycan Mərkəzi Bankı elektron bankinq vasitəsilə əməliyyatların sayında artım qeyd edir.
“2021-ci ilin 11 ayı ərzində internet və mobil bankçılıq vasitəsilə aparılan əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 60.5% və 3.8 dəfə yüksəlib”, - AMB-nin 2022-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, AMB həmçinin kart infrastrukturu da genişlənməkdə davam etdiyini qeyd edir. “Dövriyyədə olan təmassız ödəniş kartlarının sayı 2020-ci ilin 11 ayı ilə müqayisədə 2 dəfə, təmassız ödənişləri qəbul edən POS-terminalların sayı isə 29% artıb. 11 ayda kartlarla aparılan ölkədaxili nağdsız əməliyyatlar ötən ilin eyni dövrü ilə müqayisədə 75.4% artıb. Bununla da kart əməliyyatlarında nağdsız dövriyyənin xüsusi çəkisi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 23%-dən 31%-ə yüksəlib”, - bankdan vurğulanır.
AMB həmçinin Milli Ödəniş Sistemində əməliyyatlar həcmində artım qeyd edir. Xüsusilə, 2021-ci ilin 11 ayı ərzində AZIPS və XÖHKS vasitəsilə həyata keçirilən ödənişlərin ümumi həcmi ÜDM-in 2.3 misli səviyyəsində olub. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət