2021-ci il ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $235,1 milyon dəyərində ixrac həyata keçirilib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2020-ci illə müqayisədə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın həcmi 28,6% artıb.
Yanvar ayında bu göstərici $8,8 milyon, fevralda $20,1 milyon, martda $18,4 milyon, apreldə $17,1 milyon, mayda $15,3 milyon, iyunda $22 milyon, iyulda $20 milyon, avqustda $30 milyon (maksimum aylıq göstərici), sentyabrda $16,7 milyon, oktyabrda $23,3 milyon, noyabrda $23 milyon, dekabrda $20,4 milyon təşkil edib.
Mərkəzin məlumatına görə, dekabr ayında ixracın həyata keçirildiyi lider ölkələrin siyahısına İsveçrə (49,8%), Rusiya (13,6%), Türkiyə (27,9), Sinqapur (1,8%) və İraq (1,4%) daxil olub.
Dekabr ayında əsasən qiymətli metal külçələri (49,8%), pambıq mahlıcı (26,9%), polad boruları (8,4%), süd məhsulları (2%), kürü (1,8%) və s. mallar (11,1%) ixrac olunub.
Bu dövrdə yüklərin əsas hissəsi (51,7%) hava nəqliyyatı, 36,3%-i avtomobil nəqliyyatı, 10,4%-i dəmir yolu, 1,5%-i isə digər nəqliyyat növləri ilə ixrac olunub.
2020-ci ildə “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə $182,8 milyon məbləğində ixrac həyata keçirilib.
“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 22 fevral 2017-ci il tarixli Fərmanı əsasında yaradılıb.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət