Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə həmin dövlət orqanından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilir.
İstintaqla 2020-ci ilin iyul ayında sözügedən Birliyin müvəqqəti saxlanc anbarlarının fəaliyyətinin təşkili üzrə Astara bölməsinin rəisi Etiqam Babayevin öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ayrı-ayrı vaxtlarda İran İslam Respublikasının vətəndaşları tərəfindən gətirilməklə Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara Gömrük postunda müvəqqəti saxlanca qəbul etdiyi dəyəri ümumilikdə 33 min 440 manat təşkil edən tibbi vasitələri qanunamüvafiq sənədləşmə aparılmadığı üçün geri qaytarmalı olduğu halda, həmin birliyin texniki xidmət göstərilməsi üzrə Astara şöbəsinin inspektoru İsmətulla Tağıyev ilə aralarındakı sövdələşməyə uyğun olaraq bir hissəsini saxta akt tərtib etməklə, qalan hissəsini isə aktsız formada sonuncuya təhvil verməsinə, İsmətulla Tağıyevin isə öz vəzifə səlahiyyətlərini aşaraq qeyd edilən malları şəxsi məqsədləri üçün istifadə olunması üçün tanışına təhvil verməsinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Etiqam Babayev Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, İsmətulla Tağıyev isə həmin məcəllənin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. **
Bayramov RF-də Xəzəryanı ölkələrin XİNŞ iclasında iştirak edəcək
Azərbaycanın müdafiə naziri Misir və İtaliya şirkətlərinin slahları ilə tanış olub
SOCAR ADNOC və Sirius ilə strateji əməkdaşlığa dair sazişlər imzalayıb
Azərbaycan və Masdar “yaşıl” enerji sahəsində birgə layihələri müzakirə ediblər
9 ay ərzində Aİ ölkələrindən Azərbaycana smartfon ixracı 2022-ci ilin göstəricisini ötüb
“Rabalon” Naxçıvanda Data Mərkəzi binasının layihəsini hazırlayacaq
“Datum” “AzerGold”un 1,9 milyon manatlıq tenderinin qalibi olub
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
NATO: Türkiyə ilk dəfə olaraq hava məkanının patrul xidməti üçün Rumıniyaya bir qrup qırıcı göndərib
ABŞ İsrailin Qəzza zolağının cənubunda daha diqqətli hərbi əməliyyatlar aparacağına ümid edir
Ayətullah Xamenei ABŞ-a qarşı qlobal koalisiya yaratmağa çağırıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank HPE Server avadanlığı və sistemləri üçün komponentlərin təchizatına dair tender elan edir
Bakı Ali Neft Məktəbində Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyi qeyd olunub
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək