Ermənistan YUNESKO-nun Azərbaycana və Ermənistana missiyaların göndərilməsinə dair əldə edilmiş razılıqla bağlı götürdüyü öhdəliklərdən yayınmağa çalışır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Cari ilin fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə YUNESKO-nun Azərbaycana və Ermənistana ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub.
“Ermənistan Xarici İşlər Nazirliyi YUNESKO missiyalarının Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etməyə çalışır. Ermənistan XİN-in bu dövlətin üzərinə götürdüyü öhdəliklərindən növbəti dəfə yayınmaq cəhdini qınayırıq”, - deyə məlumatda bildirilir.
Azərbaycan Respublikasına həyata keçirilməsi nəzərdə tutulan YUNESKO texniki missiyasına gəldikdə, Azərbaycan tərəfi ilk gündən bu missiyanın həyata keçirilməsini alqışlayıb və qısamüddət ərzində missiyanın baş tutması üçün bütün hazırlıq işləri Azərbaycan və YUNESKO arasında ikitərəfli formatda razılaşdırılıb.
“YUNESKO-nun Ermənistana missiyasına gəldikdə isə, Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını YUNESKO və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Ölkəmizin QHT-ləri bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı YUNESKO-ya təqdim edib. Bu dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb”, - deyə məlumatda qeyd olunur.
XİN qeyd edir ki, Azərbaycan tərəfinin YUNESKO-ya təqdim etdiyi faktların araşdırılması məqsədilə Ermənistana missiyanın göndərilməsi zəruridir. “Ümid edirik ki, Ermənistan keçmişdə işğal altında saxladığı ərazilərə beynəlxalq missiyanın səfərlərinin qarşısının almaq siyasətindən fərqli olaraq, bu dəfə missiyanın təşkilinə şərait yaradacaq”, - deyə məlumatda bildirilir.*
E.Şəfiyev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət