Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verir. Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar martın 7-də Fransa Prezidenti Emmanuel Makrona ünvanladığı təbrik məktubunda deyib.
Təbrik məktubunun mətni Azərbaycan Prezidentinin saytında dərc olunub.
“Qarşıdan gələn aylarda ölkənizin Avropa İttifaqına sədrliyi çərçivəsində bu əlaqələrin daha da möhkəmlənəcəyinə inamımızı ifadə edirik”, - deyə İ.Əliyev bildirib.
Dövlət başçısı Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar ona ünvanladığı məktuba görə Makrona təşəkkür edib və həmkarını və Fransa xalqını bu əlamətdar tarix münasibətilə təbrik edib.
İ.Əliyev qeyd edib ki, 1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə ikitərəfli münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına çalışmışdır.
Onun sözlərinə görə, ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf etmiş, səmərəli əməkdaşlıq münasibətləri formalaşmış və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunmuşdur. Bu gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir.
“Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir”, - deyə prezident vurğulayıb.
Onun sözlərinə görə, müxtəlif sivilizasiyalara, mədəniyyətlərə və dinlərə mənsub xalqların tarixən birgə və mehriban yaşadığı Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycan öz tarixi, əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü təmin etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdi. Otuz illik təcavüzün bitməsi yeni geosiyasi reallığa uyğun olaraq regionda əməkdaşlıq üçün imkanlar yaratmışdı. Bu baxımdan nəqliyyat-kommunikasiya xətlərinin açılması bölgəmiz üçün böyük iqtisadi perspektivlər vəd edir.
İ.Əliyev hesab edir ki, Avropa İttifaqının hazırkı sədri qismində Fransanın təşəbbüsü ilə dördlü formatda keçirilən görüş və aparılan danışıqlar regionda etimadın gücləndirilməsi, davamlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli imkan açmışdı.
“Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq”, - deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır.
“Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə ölkənizin göstərdiyi diqqəti alqışlayırıq”, - deyə Azərbaycan lideri yazıb.
O əlavə edib ki, Azərbaycan tezliklə UNESCO-nun missiyasını öz ərazisində qəbul etməyə hazırdır.
“UNESCO-nun üzvü kimi və onun Nizamnaməsinə uyğun olaraq Azərbaycan təşkilatın missiyasını öz ərazisində qəbul etmək niyyətini son onilliklər boyu rəsmi şəkildə dəfələrlə bəyan etmişdi. UNESCO-nun missiyasını üzv ölkənin suverenlik hüququna hörmət əsasında ölkəmizdə tezliklə görməyə hazırıq”, - deyə prezident qeyd edib.*
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət