“Azərbaycan Supermarket” MMC martın 31-də 10 milyon manat məbləğində istiqraz yerləşdirib. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.
“Hərrac zamanı 11 investor tərəfindən 14 sifariş təqdim edilib. Sifarişlərin ümumi məbləği 18 milyon 784 min manat təşkil edib. Hərraca çıxarılmış istiqrazların bütün həcmi (10 milyon manat) yerləşdirilib”, - deyə məlumatda bildirilir.
Hərracda hər birinin nominal dəyəri 1 min manat olan 10 min ədəd istiqraz satılıb. İstiqrazın illik faiz dərəcəsi 10,5% təşkil edir, faiz ödənişləri rübdə bir dəfə həyata keçiriləcək. Qiymətli kağızların tədavül müddəti 3 ildir. Yerləşdirmənin anderraytinq xidmətini “Paşa Kapital İnvestisiya Şirkəti” QSC həyata keçirib.
Daha əvvəl verilən məlumata görə, “Azərbaycan Supermarket” MMC 40 milyon manatlıq istiqraz buraxmağı planlaşdırır. 2021-ci ilin oktyabr və dekabr aylarında şirkət istiqrazların hər biri 10 milyon manat olmaqla iki tranş üzrə yerləşdirilməsini həyata keçirib.
MMC istiqrazların yerləşdirilməsindən cəlb olunan vəsaiti yeni layihələrin maliyyələşdirilməsinə və cari lahiyələrin icrasının sürətləndirilməsinə yönəldir.
“Azərbaycan Supermarket” MMC 2015-ci ilin fevral ayından fəaliyyət göstərir. Cəmiyyətin səhmdarları iki hüquqi (hər birinin payı 25%-dir) və bir fiziki şəxsdir (50%).
Şirkət ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı seqmentində fəaliyyət göstərir. 2020-ci ilin sonuna şirkətin 66 satış nöqtəsi (3 hipermarket, 10 supermarket, mağaza və kafelər) mövcuddur. Cəmiyyətə məxsus hipermarketlər, supermarketlər və mağazalar “Bravo” ticarət markası altında fəaliyyət göstərir. 2019-cu ilin sonuna cəmiyyətin ərzaq və qeyri-ərzaq mallarının pərakəndə satışı bazarında payı 2% təşkil edir. 2020-ci ilin sonuna “Azərbaycan Supermarket” MMC-nin aktivləri 465,5 milyon manata bərabərdir.
2020-ci il ərzində şirkətin gəlirləri 512,9 milyon manat, zərəri 46,929 milyon manat təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət