ABŞ Dövlət Departamenti Ermənistanda insan haqları ilə bağlı vəziyyətə dair hesabat dərc edib, hesabatda azərbaycanlılara qarşı törədilən cinayətlər barədə məlumatlar yer alıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Dövlət Departamenti «2021 Country Reports on Human Rights Practices» adlı hesabatda qeyd edir ki, “İnsan haqları uğrunda beynəlxalq tərəfdaşlıq” və Truth Hounds hüquq müdafiəsi təşkilatının birgə hesabatına əsasən, yaralı olan və əsir götürülən iki azərbaycanlı hərbi qulluqçunun Ermənistan silahlı qüvvələri üzvləri tərəfindən qanunsuz edamının əks olunduğu iki video var (2020-ci ilin payızında müharibə zamanı).
Bundan başqa, Ermənistan silahlı qüvvələri və Qarabağ separatçıları tərəfindən ən azı 7 nəfər azərbaycanlı hərbi qulluqçu işğəncələrə və qəddar, vəhşicəsinə və ləyaqəti alçaldan rəftara məzur qalıb.
“Azərbaycan əsirləri ilə amansız rəftar ilə bağlı daha 3 fakt videoya çəkilib və gələcəkdə araşdırılması tələb edilir. Son faktlardan birində qəddar rəftar qurbanın ölümünə səbəb ola bilərdi. Hesabatda qeyd olunduğu kimi, əgər gələcək araşdırma zamanı bu qətllər təsdiq olunarsa, o zaman bu, beynəlxalq humanitar hüquqa əsasən həyat və şəxsiyyət barəsində zorakılığın qadağan edilməsinin aydın şəkildə pozulması və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması faktı olacaq. Yaralı Azərbycan əsgərlərinin qətli eyni səviyyədə Ermənistanın Cinayət Məcələsinin pozulması və Avropa İnsan Haqları Konvensiyasına uyğun olaraq yaşamaq hüququnun kobud şəkildə pöozulması olacaq”, - Dövlət Departamentinin hesabatında qeyd edilir.
Həmçinin, sənəddə 1993-cü illdə erməni hərbçiləri tərəfindən Kəlbəcər rayonunda (Ermənistanla sərhəddə - İF) qətlə yetiriən 12 azərbaycalının qalıqlarının aşkar edilməsi barədə qeyd ounur. “Aprelin 24-də (2021-ci ildə - İF) Azərbaycan Baş Prokurorluğu Kəlbəcər rayonunun Başlıbel kəndində 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi ehtimal olunan azərbaycanıların kütləvi məzarlıqlarının axtarışlarına başlayıb. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, 12 Azərbaycan dinc sakinin qalıqları aşkarlanıb. İyun ayında daha 3 nəfərin meyiti, avqustun 30-da isə çoxsaylı qalıqarın olduğu daha bir kütləvi məzarlıq aşkarlanıb”, - Dövlət Departamentinin sənədində deyilir.
O cümlədən, sənəddə Ermənistan tərəfindən Azərbaycan ərazilərində törədilən mina təhlükəsi barədə məlumat verilir və Azərbaycan Baş Prokurorluğunun statistikası dərc olunub. Bildirilir ki, bunun nəticəsində 2020-ci ilin noyabr ayında atəşkəs elan olunan adan etibarən 7 Azərbaycan hərbçisi və 29 mülki şəxs minaya düşərək həlak olub, daha 109 hərbi quluqçu və 44 dinc sakin xəsarət alıb.
Həmçinin, Dövlət Departamenti məlumat verir ki, Azərbaycan hökuməti 2020-ci illdə Qarabağ müharibəsi zamanı erməni hərbçilərinin hərəkətlərinin araşdırılması təşəbbüsü ilə çıxış edib. “Azərbaycan hökumətinin məlumatına əsasən, 2020-ci ilin dekabr ayında hökumət tərəfindən 2020-ci ildə payız münaqişəsi dövründə erməni hərbi qulluqçularının “silahlı münaqişələr zamanı beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması” ittihamı ilə altı cinayət işi başlanıb. Altı cinayət işindən dördü ehtimal olunan qətl, işgəncələr və rəhmsiz rəftar, bir iş – ehtimal olunan qətl və işgəncələr, daha bir iş isə ehtimal olunan qətl ilə əlaqədar olub. İyunun 22-də hökumət bu atı cinayət işini bir cinayət icraatına birləşdirib”, - hesabatda bildirilir.
Həmçinin, sənəddə azərbaycanlıların qəbirlərinə qarşı erməni vandallıq faktları barədə məlumat verilir. “Beynəlxalq foromüxbir Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla Azərbaycan qəbiristanığın məhv edilməsini sənədləşdirib. Onun sübutlarına əsasən, qəbirlər təhqir edilib, bəzi hallarda isə qəbirlərin talan edilməsi, o cümlədən ağır tikinti texnikası vasitəsilə dağıntıar və ekshümasiya izlərin aşkarlanıb. Ağdamda Şəhidlər Xiyabanıı ziyarət edən xarici müşahidəçilər yalnız bir qəbirdaşı və bir neçəı qəbirin salamat qaldığının şahidi olublar. Əksər qəbirdaşlarının üzərindəki şəkillərdə ölənlərin sifəti çəkic və ya buna oxşar alətlərə məhv edilib. Bundan başqa, azərbycanlıların qəbirləridın meyitləri ekshümasiya olunub, onların qızıl dişləri çıxarılıb, kəllə və sümükləri Azərbaycan qəbiristanlıqları boyu səpələnib. Eyni zamanda, fotomüxbir şahiddir ki, ermənilərin qəbirləri faktiki olaraq toxunulmaz qalıb”, - hesabatda deyilir. **
E.Şəfiyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət