2022-ci ilin yanvar-aprel aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 13,8% - 10 milyard 515,4 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Apreldə əhalinin bank əmanətləri 143,4 milyon manat və ya 1,4% artıb.
4 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 10% - 4 milyard 167,9 milyon manatadək və ya bütün əmanətlərin 39,6%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Apreldə əhalinin xarici valyutada bank əmanətləri 5% və ya 219,2 milyon manat azalıb.
Yanvar-aprel aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 16,4% - 6 milyard 347,5 milyon manatadək (bütün əmanətlərin 60,4%-i) artıb. Aprel ayında milli valyutada əmanətlərin həcmi 6% və ya 362,6 milyon manat artıb.
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 765,2 milyon manat, qeyri-rezidentlərin əmanətlərinin həcmi 750,2 milyon manat təşkil edir. Yanvar-aprel aylarında rezidentlərin əmanətlərinin həcmi 9,2%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,4 dəfə artıb. Aprel ayında rezidentlərin əmanətlərinin həcmi 1,2%, qeyri-rezidentlərin 3,8% artıb.
2022-ci il aprelin 30-na banklarda əmanət və depozitlərin həcmi 30 milyard 890,4 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 6,4% çoxdur. Apreldə banklarda əmanət və depozitlərin həcmi 1,2% artıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət