Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-may aylarında 34,9 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,3% çox sənaye məhsulu istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektorunda məhsul istehsalı 1,1%, qeyri neft-qaz sektorunda isə 14,3% artıb.
Sənaye məhsulunun 75,7%-i mədənçıxarma sektorunda, 20,3%-i emal sektorunda, 3,5%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 4,5 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,9 dəfə, əczaçılıq məhsullarının istehsalı 2,1 dəfə, tikinti materiallarının istehsalı 64%, mebel istehsalı 60,7%, elektrik avadanlıqlarının istehsalı 56,7%, maşın və avadanlıqların istehsalı 51,9%, geyim istehsalı 50,6%, hazır metal məmulatlarının istehsalı 43,3%, metallurgiya sənayesi məhsullarının istehsalı 34,2%, kimya sənayesi məhsullarının istehsalı 25,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 19,9%, kağız və karton istehsalı 17,5%, qida məhsullarının istehsalı 8,9%, ağacın emalı və ağacdan məmulatların istehsalı 6,8% artıb, kompüter, elektron və optik məhsulların istehsalı 4,3%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7%, tütün məmulatlarının istehsalı 7,2%, içkilərin istehsalı 10,4%, neft məhsullarının istehsalı 18,4%, toxuculuq sənayesi məhsullarının istehsalı 20,5%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 24,6% azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,2% artıb.
2021-ci ildə Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 5,2% artıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət