İyunun 21-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub, tərəflər iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəliblər.
“İnterfaks-Azərbaycan” agentliyinin Özbəkistan liderinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Daşkəndin etibarlı strateji tərəfdaşı olduğunu bildirən Ş.Mirziyoyev qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.
O, həmçinin Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da genişləndirilməsinə və onun yeni praktiki məzmunla zənginləşdirilməsinə sadiq olduğunu təsdiq edib.
Ş.Mirziyoyev qarşılıqlı ticarətin həcminin artırılmasını, sənaye kooperasiyasının genişləndirilməsini, maşınqayırma, elektrotexnika, toxuculuq, şərabçılıq, qida, tikinti, neft-qaz, neft-kimya, əczaçılıq, aqrar-sənaye və digər sahələrdə bir sıra layihələrin həyata keçirilməsini təklif edib.
Danışıqlar zamanı tərəflər iki ölkədə perspektiv kooperasiya layihələrinin işlənib hazırlanması və təşviqi üçün birgə investisiya fondunun yaradılması ilə bağlı razılıq əldə ediblər.
İki ölkə liderləri, həmçinin məhsulların üçüncü ölkələrin bazarlarına ixracı üçün hər iki ölkənin azad iqtisadi zonalarında birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə nəqliyyat kommunikasiyaları sistemindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə olunmaqla səmərəliliyin artırılması üzrə tədbirlər də razılaşdırılacaq.
“İkitərəfli ticarət və malların tranziti ilə bağlı maneələrin vaxtında aradan qaldırılması üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə xüsusi işçi qrupu yaradılacaq”, - deyə məlumatda vurğulanır.
Razılaşmalara əsasən, kənd təsərrüfatı nazirləri ipək istehsalı üzrə klasterin yaradılması, pambıqçılıq sahəsində layihələrin təşviq edilməsi, innovasiya araşdırmalarının tətbiqi üzrə Yol Xəritəsi hazırlayacaqlar.
Prezidentlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində iki ölkənin paytaxtları və iri şəhərləri arasında tərəfdaşlıq münasibətlərinin qurulması barədə razılığa gəliblər. Mirziyoyev cari ildə Daşkənddə regionların birinci forumunu və onların sənaye potensialı sərgisini keçirməyi təklif edib.
Danışıqlar zamanı işgüzar və humanitar əlaqələrin möhkəmləndirilməsi məsələsində turizmin rolu vurğulanıb. Tərəflər birgə turizm yarmarkasının keçirilməsi üçün proqramlar həyata keçirmək niyyətindədir.*
X.Nəsirzadə
İyunun 21-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşü olub, tərəflər iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı razılığa gəliblər.
“İnterfaks-Azərbaycan” agentliyinin Özbəkistan liderinin saytına istinadən verdiyi xəbərə görə, Bakının Daşkəndin etibarlı strateji tərəfdaşı olduğunu bildirən Ş.Mirziyoyev qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib.
O, həmçinin Özbəkistan-Azərbaycan strateji tərəfdaşlığının daha da genişləndirilməsinə və onun yeni praktiki məzmunla zənginləşdirilməsinə sadiq olduğunu təsdiq edib.
Ş.Mirziyoyev qarşılıqlı ticarətin həcminin artırılmasını, sənaye kooperasiyasının genişləndirilməsini, maşınqayırma, elektrotexnika, tekstil, şərabçılıq, qida, tikinti, neft-qaz, neft-kimya, əczaçılıq, aqrar-sənaye və digər sahələrdə bir sıra layihələrin həyata keçirilməsini təklif edib.
Danışıqlar zamanı tərəflər iki ölkədə perspektiv kooperasiya layihələrinin işlənib hazırlanması və təşviqi üçün birgə investisiya fondunun yaradılması ilə bağlı razılıq əldə ediblər.
İki ölkə liderləri, həmçinin məhsulların üçüncü ölkələrin bazarlarına ixracı üçün hər iki ölkənin azad iqtisadi zonalarında birgə layihələrin həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Bu kontekstdə nəqliyyat kommunikasiyaları sistemindən, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə olunmaqla səmərəliliyin artırılması üzrə tədbirlər də razılaşdırılacaq.
“İkitərəfli ticarət və malların tranziti ilə bağlı maneələrin vaxtında aradan qaldırılması üçün nəqliyyat nazirlərinin rəhbərliyi ilə xüsusi işçi qrupu yaradılacaq”, - deyə məlumatda vurğulanır.
Razılaşmalara əsasən, kənd təsərrüfatı nazirləri ipək istehsalı klasterinin yaradılması, pambıqçılıq sahəsində layihələrin təşviq edilməsi üzrə Yol Xəritəsi hazırlayacaqlar.
Prezidentlər ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi çərçivəsində iki ölkənin paytaxtları və iri şəhərləri arasında tərəfdaşlıq münasibətlərinin qurulması barədə razılığa gəliblər. Mirziyoyev cari ildə Daşkənddə regionların birinci Forumunun və onların sənaye potensialı sərgisinin keçirilməsini təklif edib.
Danışıqlar zamanı işgüzar və humanitar əlaqələrin möhkəmləndirilməsi məsələsində turizmin rolu vurğulanıb. Tərəflər birgə turizm yarmarkasının keçirilməsi üçün proqramlar həyata keçirmək niyyətindədir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət