2022-ci ilin yanvar-may aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 14,6% - 10 milyard 593,3 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
May ayında əhalinin bank əmanətləri 77,8 milyon manat və ya 0,7% artıb.
AMB-nin məlumatına görə, 5 ay ərzində əhalinin xarici valyutada bank əmanətləri 15,2% - 4 milyard 364,7 milyon manatadək və ya bütün əmanətlərin 41,2%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Mayda əhalinin xarici valyutada bank əmanətləri 4,7% və ya 198,8 milyon manat artıb.
Yanvar-may aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 14,2% - 6 milyard 228,6 milyon manatadək (bütün əmanətlərin 58,8%-i) artıb. May ayında milli valyutada əmanətlərin həcmi 1,9% və ya 118,9 milyon manat azalıb.
Rezidentlərin bank əmanətlərinin həcmi 9 milyard 759,9 milyon manat, qeyri-rezidentlərin – 833,4 milyon manat təşkil edir. Yanvar-may aylarında rezidentlərin əmanətlərinin həcmi 9,2%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,8 dəfə artıb. May ayında rezidentlərin əmanətlərinin həcmi 5,3 milyon manat, qeyri-rezidentlərin 83,2 milyon manat artıb.
2022-ci il mayın 31-nə banklarda əmanət və depozitlərin həcmi 32 milyard 25,3 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 10,3% çoxdur. Mayda banklarda əmanət və depozitlərin həcmi 3,7% və ya 1 milyard 134,9 milyon manat artıb.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət