“BTC Co” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Qazaxıstandan əlavə neft həcmlərinin nəqli ilə bağlı müraciətlər alıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Müzakirələr gedir. Qazaxıstan neftinin Səngəçal terminalında qəbul edilməsi imkanları ilə bağlı müəyyənləşdirilməli olan texniki məsələlər mövcuddur, yəni texniki konsepsiya razılaşdırılmalıdır”, - deyə o, bu gün brifinqdə bildirib.
B.Aslanbəyli qeyd edib ki, həmçinin neftin “Azeri Light” markalı neftlə qarışdırılması məsələsi də var. “Neftin qəbul edilməsi və qarışdırılması üçün icazə verilən maksimum həcm var və bu həcmin aşılması Azərbaycan neftinin keyfiyyətinə mənfi təsir göstərə bilər”, - deyə vitse-prezident bildirib.
O əlavə edib ki, hazırda BTC neft kəmərinin maksimum gücü gündəlik 1,2 milyon barel təşkil edir. Nəqlin faktiki həcmi 660 min bareldir. Bu həcmin 440 min bareli “Azəri-Çıraq-Günəşli” blokundan çıxarılan neftin, 100 min bareli “Şahdəniz” kondensatının, 100 min bareli isə tranzit neftinin payına düşür.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); MOL (8,9%); “Equinor” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ExxonMobil” (2,5%); INPEX (2,5%), “TotalEnergies” (5%) və ONGC (2,36%) şirkətləridir.
2021-ci ildə BTC ilə 26 milyon 421,5 min ton neft nəql edilib ki, bu da 2020-ci ilin göstəricisindən 3,9% azdır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət