2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana 429 min 806,1 ton buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 5,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $154 milyon 660,2 min (artım 49%) təşkil edib.
İyul ayında $11 milyon 694,4 min dəyərində 29,057 min ton buğda (2022-ci ilin iyun ayında $18 milyon 916,4 min dəyərində 45,123 min ton) idxal edilib. Beləliklə, Azərbaycanın iyul ayında aldığı buğdanın qiyməti bir ton üçün $402,46 təşkil edib. Bütövlükdə, yanvar-iyul aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün $359,8 olub.
Hesabat dövründə Azərbaycana $85 milyon 760,2 min dəyərində (artım 3,5%) 158,191 min ton şəkər xammalı və şəkər (azalma 12,7%), $111 milyon 896,5 min dəyərində (artım 5%) 67,725 min ton bitki yağı (azalma 12,9%), $42 milyon 177,6 min dəyərində (artım 14,2%) 8,427 min ton çay (azalma 3,5%), $68 milyon 401 min dəyərində (artım 52,3%) 12,031 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 32,9%) idxal edilib.
Bununla yanaşı, respublikaya $6 milyon 515,9 min dəyərində (azalma 52,5%) 1,454 min ton iribuynuzlu heyvan əti (azalma 60,6%), $29 milyon 197,3 min dəyərində (artım 45,7%) 19,397 min ton quş əti və quş əti məhsulları (artım 22,2%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $82 milyon 738,5 min dəyərində (artım 10,9%) 87,893 min ton meyvə (artım 10,6%), $12 milyon 740,8 min dəyərində (azalma 14,8%) 21,191 min ton tərəvəz (azalma 28,3%), $30 milyon 538,1 min dəyərində (artım 17,5%) 110,337 min ton kartof (artım 6,1%) idxal edilib.
Yanvar-iyul aylarında ölkədən $144 milyon 382,4 min dəyərində (artım 1,9%) 128,305 min ton tərəvəz (azalma 7,4%), $187 milyon 791,1 min dəyərində (artım 25,7%) 130,617 min ton meyvə (artım 7%), $35 milyon 59,2 min dəyərində (azalma 12%) 78,156 min ton kartof (azalma 14,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $10 milyon 384 min dəyərində (azalma 50,1%) 15,911 min ton şəkər (azalma 60,3%), $11 milyon 242,8 min dəyərində (artım 14,7%) 6,163 min ton bitki yağı (azalma 21,4%) ixrac edilib.
Yanvar-iyul aylarında Azərbaycan $8 milyon 3,6 min dəyərində (azalma 16,3%) 6,355 min ton meyvə və tərəvəz şirələri (azalma 19%), $1 milyon 988,6 min dəyərində (azalma 7,8%) 119,2 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 15,2%), $4 milyon 648 min dəyərində (azalma 8,2%) 3,91 min ton meyvə və tərəvəz konservləri (azalma 12,7%), $12 milyon 37 min dəyərində (artım 3,3 dəfə) 3,705 min ton tütün (artım 2,6 dəfə) ixrac edib.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət