Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 7,75% səviyyəsində saxlayıb.
AMB-nin məlumatında qeyd olunur ki, faiz dəhlizinin aşağı hədd 4%, yuxarı həddi – 9,25% səviyyəsində qalıb.
AMB ardıcıl dördüncü dəfədir ki, uçot dərəcəsini 7,75% səviyyəsində saxlayır.
Bank vurğulayır ki, uçot dərəcəsinin saxlanılması barədə qərar Mərkəzi Bankın bu məsələdə əvvəlki iclasından sonra inflyasiya ilə bağlı vəziyyətin dəyişmədiyini nəzərə alaraq qəbul edilib.
“Vəziyyətin təhlili göstərir ki, 2022-ci ilin yekunları üzrə Azərbaycanda inflyasiya cari göstəricidən aşağı olacaq (avqustun sonuna orta illik inflyasiya 13,2% təşkil edir). 2023-cü il üçün inflyasiya üzrə proqnoz azalmağa doğru nəzərdən keçirilib”, - AMB-nin bəyanatında deyilir.
Bank vurğulayır ki, monetar amillər inflyasiyaya aşağı təzyiq göstərməyə davam edir. Bununla yanaşı, Mərkəzi Bank valyuta bazarındakı vəziyyətin ödəniş balansının profisiti nəticəsində sabit olduğunu göstərir. Buna əsasən bank valyuta bazarında yalnız xarici valyuta alışı üzrə əməliyyatlar həyata keçirir. Bundan başqa, manatın nominal effektiv məzənnəsi möhkəmlənməkdə davam edir ki, bu da inflyasiyanı dayandıran amildir.
AMB-nin uçot dərəcəsi ilə bağlı növbəti iclası oktyabrın 28-də keçiriləcək.
İqtisadiyyat Nazirliyi 2022-ci ilin yekunları üzrə orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır (2021-ci ildə - 6,7%).
2023-cü ildə Azərbaycan hökuməti orta illik inflyasiyanı 6,9% səviyyəsində proqnozlaşdırır. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət