Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında Azərbaycanın ünvanına həqiqətdən uzaq iddialar səsləndirən Ermənistan parlamentinin spikeri Alen Simonyanı ifşa edib.
“Burada iddia olundu ki, Azərbaycan Ermənistan ərazisini işğal edib. Bu, tamamilə əsassız və yalandır. Çox təəccüblüdür ki, bu iddianı 20 faiz torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkənin nümayəndəsi səsləndirir. Digər tərəfdən Qazax rayonunun 7 kəndi və Naxçıvan Muxtar Respublikasının Kərki kəndi hələ də Ermənistanın işğalı altındadır. Azərbaycanın heç vaxt Ermənistan ərazilərini işğal etmək niyyəti olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Sentyabrın 13-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribat törədib. Ölkəmizin ərazi bütövlüyünə, hərbçilərin və mülki şəxslərin həyatına təhdid törədən bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu cavab tədbirləri görüb”, - deyə o vurğulayıb.
S.Qafarovanın sözlərinə görə, Ermənistanın təxribatları Azərbaycanla sülh prosesinin əngəllənməsinə yönəlib.
Milli Məclisin sədri hərbi cinayətlərlə bağlı erməni spikerin iddialarına da cavab verib: “Bu iddia onilliklər ərzində təcavüzkar siyasət aparan, hərbçilərə və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən, bir milyona yaxın insanın elementar hüquqlarını pozan bir ölkənin ikiüzlülüyünün nümunəsidir. Ermənistandan fərqli olaraq, Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır. Hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır”.
“İndi bir sual vermək istəyirəm: Ermənistanın Baş Prokurorluğu internetdə yayılmış digər videolarla bağlı hansısa tədbirlər görürmü? Cənab Simonyan nədənsə onların adını çəkmədi. Bu kadrlar isə həlak olan Azərbaycan əsgərlərinin cəsədlərinin təhqir olunmasından, daha doğrusu, ələ salınmasından xəbər verir. Mən burada erməni hərbçilərin etdikləri barədə danışmayacağam, çünki bu barədə emosiyasız danışmaq mümkün deyil. Bu, normal, mədəni insanın şüuruna sığmır. Odur ki, sualımı təkrar etmək istəyirəm: Ermənistanın Baş Prokurorluğu bu videogörüntüləri araşdırırmı?”, - deyə Milli Məclisin sədri vurğulayıb.
Qarabağda yaşayan ermənilərlə bağlı məsələyə gəldikdə isə spiker Sahibə Qafarova vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır və Azərbaycan öz daxili məsələlərini bu və ya digər ölkə ilə müzakirə etmək fikrində deyil. Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Onlar Azərbaycan vətəndaşları ilə eyni hüquqlara malik olacaqlar. Onlar əmin ola bilərlər ki, Azərbaycan cəmiyyətinə inteqrasiya olunmuş həyatları indikindən qat-qat yaxşı olacaq.
Milli Məclisin sədri erməni mədəni irsinin dağıdılması ilə bağlı iddiaya da cavab verib. O deyib ki, 30 il ərzində Ermənistan işğal etdiyi ərazilərdə yerləşən Azərbaycan xalqına məxsus bütün mədəni irsi məhv edib, bir çox tarixi, mədəniyyət və dini abidələr yerlə-yeksan edilib. Məscidlərimiz təhqir olunub, dağıdılıb, inək, donuz saxlanılan yerlərə çevrilib. Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, bu ərazilərdəki mədəni irsin vəziyyətini qiymətləndirmək üçün UNESCO bu ərazilərə səfər etməyib.*
R.Əhmədov
8 ay ərzində Azərbaycana gələn əcnəbilərin sayı 33,8% artıb
Azərbaycanda “TikTok”un fəaliyyəti məhdudlaşdırılıb
GDU 5 saylı korpusun əsaslı təmirinə daha 2,1 milyon manat yönəldəcək
Blinken Paşinyanla telefon danışığı aparıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr