Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və RF prezidenti Vladimir Putin oktyabrın 31-də Soçidə keçirilən üçtətəfli danşıqların yekunlarına dair birgə bəyanat qəbul ediblər.
“İnterfaks-Azərbaycan”ın məlumatına əsasən, bəyanatda qeyd olunur ki, Azərbaycan, Ermənistan və RF liderləri 9/10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasını müzakirə etdilər.
“Azərbaycan-Ermənistan münasibətlərinin kompleks normallaşması, Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi maraqları çərçivəsində bütün qeyd olunan razılaşmaların qəti şəkildə riayət edilməsinə sadiqlik təsdiq etdik. Həlli tələb olunan problemlərin, o cümlədən humanitar məsələlər blokunun təcili həllinə yönəlmiş əlavə səylər göstərməyə razılıq verdik", - bəyanatda qeyd olunur.
Liderlər Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə əsas töhfəsiniqeyd etdilər, onun bölgədəki vəziyyəti sabitləşdirmək səylərinə tələbatın olduğunu vurğuladılar.
“Güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri yalnız BMT Nizamnaməsi və 1991-ci il tarixli Alma-Ata bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etməyə razılaşdıq”, - sənəddə deyilir.
Üç ölkənin lideri regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyini vurğulayıblar. Mövcud işlərə əsasən qarşılıqlı məqbul həll yollarının axtarışını davam etdirmək şərtlənib. Rusiya Federasiyası buna hər cür köməklik edəcək.
“Rusiyanın koməkliyi ilə ictimaiyyət nümayəndələri, ekspert cəmiyyətləri və dini liderlər arasında dialoqun davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət mühitin formalaşmasına, həmçinin iki ölkə xalqları arasında etimadın məhkəmlənməsi məqsədilə üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyinə diqqət yönəldilib”, - bəyanatda deyilir.
Azərbaycan və Ermənistan liderləri bundan sonra da RF-nin iki ölkə arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sabitliyin və rifahın təmin edilməsinə hərtərəfli imkan yaratmaq hazırlığını alqışlayıblar. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət