Noyabrın 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş keçirilib. Bu barədə XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.
Görüş zamanı Azərbaycan-Ermənistan arasında normallaşma prosesi üzrə səylər, mümkün növbəti addımlar müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən təqdim edilmiş 5 baza prinsipləri əsasında hazırlanmış sülh müqaviləsi elementləri və Ermənistan tərəfinin şərhləri üzrə Vaşinqtonda aparılmış müzakirələr barədə qarşı tərəfə məlumat verib. Ermənistan tərəfinin liderlər arasında imzalanmış Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi fəaliyyəti davam etdirməsi, törədilən mina təhdidi və bir neçə gün əvvəl 2021-ci il Ermənistan istehsalı yeni minaların aşkarlanması faktı barədə qarşı tərəfə müfəssəl məlumat verilib.
Bölgədə qarşılıqlı şəkildə kommunikasiyaların açılması üzrə öhdəliklərin yerinə yetirilməsinin vacibliyi və bu istiqamətdə Ermənistanın öz öhdəliklərini hələ də yerinə yetirmədiyi vurğulanıb.
Bununla yanaşı, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiyası istiqamətində Azərbaycan tərəfinin baxışları qarşı tərəfin diqqətinə çatdırılıb.
Xüsusi nümayəndə Toivo Klaar bölgədə sülh və sabitliyin bərqərar olması, kommunikasiyaların açılması istiqamətində Avropa İttifaqının təşəbbüslər davam etdirmək niyyətində olduğunu bildirib.
“Görüşdə, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətləri ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.*
R.Kərimov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət