Xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmalıdır.
“Qanunsuz erməni silahlı birləşmələri Qarabağı tərk etməlidir. Bu silahlı birləşmələrin Qarabağdan çıxarılması üçtərəfli bəyanatda (10 noyabr 2020-ci il tarixli – İF) qeyd olunub. Onların bizim ərazimizdə mövcudluğu Azərbaycan üçün qəbuledilməzdir”, - deyə nazir bu gün 2022-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, qanunsuz erməni silahlı birləşmələrinin Qarabağda mövcudluğu bölgədə sabitliyi pozan amildir.
XİN başçısı, həmçinin deyib ki, Qarabağın statusu ilə bağlı məsələnin gələcək illərə qalması variantı (Rusiyanın təklifi – İF) Bakı üçün qəbuledilməzdir. “Biz bu məsələ ilə bağlı mövqeyimizi artıq bildirmişik”, - deyə C.Bayramov vurğulayıb.
“Ermənistan tərəfi müxtəlif bəyanatlar verir, onlardan bir çoxu absurddur. Bakı üçün baza prinsipləri (sülh müqaviləsinin – İF) üzrə razılaşmaya nail olmaq vacibdir. (...) Əsas məsələ prosesi çətinləşdirmək yox, hansısa bir irəliləyişə nail olmaqdır”, - deyə o qeyd edib.
Nazir əlavə edib ki, Ermənistanın təqsiri üzündən UNESCO indiyədək Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə missiya göndərə bilmir.
O, həmçinin vurğulayıb ki, Zəngəzur dəhlizinin tikintisinə mane olmaq İrəvanın özünə ziyandır.
C.Bayramov qeyd edib ki, Azərbaycan artıq İran ərazisindən alternativ kommunikasiyaların tikintisinə başlayıb.*
X.Nəsirzadə
Yelo Bank-ın əsas maliyyə göstəricilərində pozitiv tendensiya davam edir!
“Azpetrol” 27 yaşını qeyd edir!
Bank Respublika inkişaf tempini əhəmiyyətli dərəcədə artıraraq yüksək nəticələr əldə edib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo App-də komissiyasız xarici pulköçürmələri!
İllik 9.5% ilə kredit üçün son bir həftə!
Bank Respublika və SİF media nümayəndələri üçün Lənkərana press-tur təşkil edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət