Azərbaycan telekanalları Azərbaycanın Tehrandakı səfirliyinə hücumun videosunu yayıblar.
Videoda hücum edən şəxsin yerli vaxtla saat 08:32-də diplomatik nümayəndəliyin binasına avtomat ilə girdiyi və dərhal üç mühafizəçiyə atəş açmağa başladığı görünür. Mühafizəçilərdən biri hücum edən şəxsi saxlamağa çalışır, aralarında əlbəyaxa dava başlayır.
Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat veri ki, 27 yanvar tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.
Azərbaycanın «Caliber» nəşri öz mənbələrinə istinadən məlumat verib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum İranın xüsusi xidmət orqanları tərəfindən təşkil edilib. "Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktının arxasında bilavasitə İran xüsusi xidmət orqanları durur. Öncə İran tərəfi izləri itirməyə və diqqəti yayındıran informasiya küyü yaratmağa çalışarkən, guya "erməni izi" barədə məlumat yayır, bu da indiki halda açıq yalan və Azərbaycan ictimaiyyətini yanıltmaq cəhdidir", - nəşrin Teleqram kanalında məlumat verilir.
Nəşrin versiyasına görə, İran təbliğatının irəli sürdüyü növbəti versiya aşağıdakıdır: guya, iranlı Yasin Hüseynzadə iki uşağı ilə səfirliyin ərazisində hansısa səbəbdən saxlanılan «arvadını azad etmək» üçün gəlib. «Bu həmçinin ağ yalan və İran xüsusi xidmət orqanlarının planlaşdırdığı terror aktı “məişət zəminində” kimi təqdim etmək məqsədilə ucuz cəhddir», - nəşr vurğulayır.
İran mətbuatı Tehran polis rəisinə Hüseyn Rəhimiyə istinadən məlumat verir ki, hücum edən şəxs 50 yaşında kişi olub. İran tərəfinin məlumatına görə, o, səfirliyin inzibati binasına 2 azyaşlı uşaq - 14 yaşlı qız və 7 yaşlı oğlan ilə birlikdə avtomobillə gəlib. O, səfirlik binasına daxil olub, binanın girişində atəş açıb.
Saxlanılan şəxs sorğuda şəxsi və ailə problemlərinə görə Azərbaycan diplomatik nümayəndəliyinə hücum etdiyini qeyd edib. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət