Britaniyanın “Anglo Asian Mining” şirkəti (ААМ – Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator - İF-Az) 2023-cü ildə Azərbaycanda qızıl hasilatını 30% azalda, mis hasilatını 71% artıra bilər.
“İnterfaks-Azərbaycan” agentliyi şirkətin məlumatına istinadən xəbər verir ki, AAM 2023-cü ildə qiymətli metalların qızıl ekvivalentində 50 mindən 54 min unsiyaya qədər hasilatını proqnozlaşdırır. Bununla yanaşı, şirkət 2023-cü ildə qızıl hasilatını 30-32 min unsiya arası, mis hasilatını - 4,1-4,3 min ton arası həcmdə gözləyir.
"2023-cü il “Anglo Asian Mining” üçün əsas ildir, çünki şirkət yeni “Gilar” və “Zəfər” mədənlərinin açılışı ilə iri həcmdə mis istehsalına keçməyə başlayır. AAM-nin proqnozlarına görə, 2023-ci ildə mis istehsalı 63-71% artacaq, qızıl istehsalı 26-30% azalacaq. Bu, şirkətin dekarbonlaşdırma üzrə qlobal gündəmdən faydalanmaqla mis sahəsinə getdikcə daha çox diqqət yetirməsinə uyğundur", - AAM-nin məlumatında deyilir.
Şirkət qeyd edib ki, 2023-cü ildə mis istehsalı “Gilar” yatağında, tərkibində qızılın da olduğu, filizin emalı hesabına mümkün qədər artırılacaq. Eyni zamanda, şirkət gümüş istehsalı ilə bağlı proqnoz təqdim etməyi, çünki «bu, əhəmiyyət kəsb etmir».
Həmçinin, AAM-nin məlumatına görə, 2023-cü ilin büdcəsində qiymətli metalların qiymətləri aşağıdakı səviyyədə hesablanıb: qızıl – bir unsiya üçün $1,8 min (2022-ci ildə $1 min 794,55), gümüş - $20 (2022-ci ildə $23,97), mis – bir ton üçün $8,5 min (2022-ci ildə $8,387 min).
“Biz hələlik, səhmdarlarımız üçün dəyər yaradaraq, həmçinin ortamüddətli inkişaf strategiyamızı başa çatdıraraq, qısamüddətli perspektivdə istehsal faliyyətinə diqqəti yönəltmişik. Bunun kulminasiyası orta sviyyəli istehsal profilinə keçidimiz olacaq”, - şirkətin baş direktoru Reza Vəziri bəyan edib.
2022-ci ildə AAM Azərbaycanda 43,114 min unsiya qızıl (azalma 11,4% - İF), 182,046 min unsiya gümüş (artım 17,8%) və 2,516 min ton mis (azalma 5%) hasil edib. 2022-ci ildə dünya bazarlarında bir unsiyası $1,783 min olan 34,918 min unsiya qızıl külçə (azalma 11,7%) satılıb.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
“Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına 2010-cu ildə başlanılıb. Şirkət 2013-cü ilin sentyabr ayında “Qoşa” müqavilə sahəsinin işlənməsinə başlayıb.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət