Aİ ölkələri indiyədək Azərbaycandan Trans-Adriatik qaz kəməri (TAP) ilə 21,5 milyard kubmetrdən artıq qaz alıb. Bunu “TAP AG” şirkətinin icraçı direktoru Luka Şippati deyib.
“TAP-ın kommersiya istismarına verildiyi iki ildən çox müddət ərzində (2020-ci il dekabrın 31-dən - İF) biz Avropaya 21,5 milyard kubmetr, o cümlədən İtaliyaya 18 milyard kubmetr qaz nəql etmişik. Biz İtaliyanın qaza olan tələbatının 15%-ni ödəyirik və tədarükün təhlükəsizliyinin və bazarın likvidliyinin təmin olunmasına mühüm töhfə vermişik”, - deyə o, Milanda “Top Utility” konfransında çıxışı zamanı bildirib.
TAP qaz kəmərinin ötürmə gücünün artırılmasına toxunan Şippati qeyd edib ki, söhbət yeni boruların çəkilməsindən yox, qaz-kompressor stansiyalarının gücünün artırılmasından gedir.
“Mövcud boru kəməri 20 milyard kubmetrdən artıq qazın nəqli üçün nəzərdə tutulub. Layihə Yunanıstan və Albaniyada iki yeni kompressor stansiyasının tikintisini, mövcud stansiyaların modernləşdirilməsini və digər avadanlıqların quraşdırılmasını nəzərdə tutur”, - deyə icraçı direktor bildirib.
O xatırladıb ki, bazar sınaq təkliflərinin birinci mərhələsi çərçivəsində 2025-ci ilin sonunadək TAP-ın ötürmə gücünün ildə 1,2 milyard kubmetr genişləndirilməsi planlaşdırılır. Bu ilin noyabr ayında “TAP AG” bazar sınaq təkliflərinin ikinci mərhələsini keçirməyi nəzərdə tutur.
“Bu məsələ ilə bağlı detalları hökumətlə müzakirə edirik və daha bir mərhələni (bazar sınaqlarının – İF) gələn ilin iyul ayında keçirməyi planlaşdırırıq. Biz 2027-ci ilədək boru kəmərinin ötürmə gücünü 20 milyard kubmetrdən çox artırmaq üçün bazara əlavə nəqletmə gücləri almaq imkanı təklif etməyə çalışırıq”, - deyə Şippati əlavə edib.
“TAP AG”nin məlumatına görə, əlavə 1,2 milyard kubmetr qazın 1 milyard kubmetri TAP-la İtaliyaya, 200 milyon kubmetri isə Albaniyaya nəql olunacaq.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqlini nəzərdə tutur. Kəmərin ötürmə qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.
Azərbaycan qazının TAP kəməri ilə Avropaya ixracına 2020-ci il dekabrın 31-dən başlanılıb. Hazırda Aİ-də Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan və Rumıniyadır.
2022-ci ildə Azərbaycan ixracın həcmini 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (2021-ci illə müqayisədə artım 39%) ixrac olunub ki, bu da Azərbaycanın bütün ixracının 51%-ni təşkil edir.
2023-cü ildə qaz ixracının 24 milyard kubmetr təşkil edəcəyi planlaşdırılır, bunun 12 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət