2023-cü ilin yanvar ayında Azərbaycan əhalisinin sayı 4 min 228 nəfər və ya 0,04% artaraq 2023-cü il fevralın 1-nə 10 milyon 131,373 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvarda ölkə üzrə 9 min 935 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 2,6% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,5 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,5%, qızların xüsusi çəkisi isə 46,5% olub. Körpələrin 296-sı əkiz, 30-u üçəmdir.
Bu dövrdə 5 min 810 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,8 (2022-ci ilin yanvar ayında 7) təşkil edib.
Cari ilin yanvar ayında ölkədə qeydiyyat şöbələri tərəfindən 3,979 min nikah (2022-ci ilin yanvar ayı ilə müqayisədə azalma 27,3%) və 1,37 min boşanma halı (artım 9,8%) qeydə alınıb.*
X.Nəsirzadə
Əliyev və Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər
Əliyev Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesinin uğurla gedəcəyinə əmindir
Əliyev: Gələcəkdə Naxçıvandan Türkiyəyə “yaşıl enerji» ixracı ən azı, 1 min meqavat təşkil edə bilər
“AzInTelecom” yaddaş avadanlıqlarının satın alınmasına 6 milyon manata yaxın vəsait yönəldəcək
Aİ ölkələri yanvar-iyul aylarında Azərbaycandan metanol idxalını cüzi azaldıb
Ərdoğan Ermənistanın Cənubi Qafqazda sülh naminə səmimi addımlar atmasını gözləyir
Peskov: Qarabağda Rusiya sülhməramlılarının gələcəyi ilə bağlı məsələ hələlik həll olunmayıb
Peskov: RF, Azərbaycan və Ermənistan liderlərinin görüşü ilə bağlı hələlik dəqiq ehtimal yoxdur
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr