28 fevral 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 708,6 milyon manat məbləğində qiymətləndirilir. Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-fevral aylarında bankların aktivləri 2,9% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Fevralda bankların ümumi aktivləri 153,3 milyon manat azalıb.
Yanvar-fevral aylarında bankların aktivlərinin azalması ümumilikdə AMB-də müxbir hesablarda bank vəsaitlərinin 38,4% - 3 milyard 895,8 milyon manatadək azalması ilə əlaqədardır.
Fevralın sonuna bankların kredit portfeli 19 milyard 757,4 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,8% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 736,1 milyon manat (artım 2% - İF) təşkil edir.
Bankların öhdəlikləri 38 milyard 972,5 milyon manata (azalma 3,5%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 214,7 milyon manat məbləğində (azalma 1,1%) qiymətləndirilir. Banklarda depozit portfeli 32 milyard 560,8 milyon manat (azalma 3.6%), o cümlədən əhalinin əmanətləri 11 milyard 653,9 milyon manat (artım 1,5%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, yanvar-fevral aylarında bankların ümumi xalis mənfəəti 155,7 milyon manat təşkil edib (2022-ci ilin müvafiq dövrü lə müqayisədə artım 44,6% - İF).
Hesabat dövründə bankların faiz gəlirləri 549,6 milyon manat (artım 39,2%), o cümlədən verilmiş kreditlər üzrə 404,8 milyon manat (artım 22,6%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 177,9 milyon manat məbləğində (artım 23,5%) olub.
Bu dövrdə bankların faiz xərcləri 134 milyon manat (artım 39,6%), o cümlədən depozitlər üzrə 96,3 milyon manat (artım 45,5%), qeyri-faiz xərcləri 330,4 milyon manat (artım 21,3%) təşkil edib.
Yanvar-fevral aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 250,6 milyon manat (artım 54,9%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 200 milyon manat (artım 45,8%), mənfəət vergisi üzrə ödənişlər 44,2 milyon manat (artım 49,8%) məbləğində qiymətləndirilir.
28 fevral 2023-cü il tarixinə respublikada 25 bank fəaliyyət göstərir. Bu bankların 10-u xarici kapitallıdır.
Bankların 490 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,6%) və 94 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,04 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,2% - İF) çalışır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət