2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin sayı 8 min 228 nəfər və ya 0,08% artaraq 2023-cü il martın 1-nə 10 milyon 135,373 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvar-fevralda ölkə üzrə 19 min 158 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 6,4% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,7 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,2%, qızların xüsusi çəkisi isə 46,8% olub. Körpələrin 610-u əkiz, 45-i üçəmdir.
Bu dövrdə 11 min 191 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,8 (2022-ci ilin yanvar-fevral aylarında 7, - İF) təşkil edib.
Cari ilin yanvar-fevral aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 7,541 min nikah (2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə azalma 21,5%) və 3,014 min boşanma halı (artım 20,3%) qeydə alınıb.**
X.Nəsirzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət