Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandrın əsassız bəyanatını şərh edib.
“2023-cü il aprelin 23-də Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır. Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ölkəmizin suveren və legitim hüququdur”, - deyə A.Hacızadə bildirib.
O qeyd edib ki, guya bu addımın üçtərəfli Bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.
“Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır, - deyə A.Hacızadə vurğulayıb.
Fransa XİN-in bəyanatında deyilir ki, Paris Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi qurmasından təəssüflənir, bunun atəşkəslə bağlı bəyanatlar çərçivəsində götürülmüş öhdəliklərə zidd olduğunu və danışıqlar prosesinə zərər verdiyini hesab edir.
Paris, həmçinin Bakıdan Laçın dəhlizi ilə sərbəst hərəkətin, sakinlərin (Qarabağ – İF) fasiləsiz qaz və elektrik enerjisi təchizatının bərpa edilməsini tələb edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət