“AFB Bank” 2023-cü ilin yanvar-mart aylarında aktivlərini 2,9% - 290 milyon 487,05 manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Martın 31-nə bankın kredit portfeli 166,41 milyon manata (2022-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 2,4% - İF), xüsusilə istehlak kreditləri 19 milyon 971,58 manata (artım 4,7%), biznes kreditləri 95 milyon 811,63 min manata (azalma 5,8%), əmlak kreditləri 51 milyon 48,2 min manata (artım 1,9%) bərabərdir.
Bankın öhdəlikləri 215 milyon 345,05 min manat (artım 8,3%) təşkil edir. Bankda depozitlər 127 milyon 524,18 min manat (artım 9,8%), fiziki şəxslərin əmanətləri 37 milyon 87,15 min manat (artım 24,4%) məbləğindədir.
“AFB Bank”ın kapitalı 75 milyon 142,01 min manat (azalma 10%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
2023-cü ilin birinci rübünün yekunları üzrə bankın xalis mənfəəti 2 milyon 603,44 min manat (artım 40,5%) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Bankın səhmdarları 3 fiziki şəxsdir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət