Prezident İlham Əliyev Bakı ilə Vaşinqton arasında geniş əməkdaşlıq gündəliyinin olduğunu qeyd edir və Amerika şirkətlərinin Azərbaycanın bərpaolunan enerji mənbəyinə çevrilməsi kimi böyük layihədə iştirak edəcəyinə ümidvardır.
“Ümid edirik ki, Amerika şirkətləri Azərbaycanın bərpaolunan enerji mənbəyinə çevrilməsi kimi böyük layihədə iştirak edəcəklər. Çünki Azərbaycanda külək və günəş enerjisinin təsdiqlənmiş ehtiyatları 200 qiqavata yaxındır. Beynəlxalq Maliyyə Korporasiyasının təsdiqlədiyi kimi, onun 157 qiqavatı Xəzərin bizə aid olan hissəsində külək enerjisinin həcmini əks etdirir”, - deyə dövlət başçısı mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, konfransın stenoqramı Azərbaycan liderinin saytında dərc olunub.
Onun sözlərinə görə, Birləşmiş Ştatlarla Azərbaycan arasında ikitərəfli münasibətlərin gündəliyi həqiqətən böyük təəssürat bağışlayır. “(...) Birləşmiş Ştatlarla bizim çox geniş və mühüm ikitərəfli gündəliyimiz var. Əvvəlcə, enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, Birləşmiş Ştatlar enerji təchizatı marşrutlarının şaxələndirilməsində və Avropa Komissiyasının, qeyd etdiyim kimi, bu gün pan-Avropanın qaz təchizatçısı olan Azərbaycanı hər zaman dəstəkləyib. Biz ABŞ-la təhlükəsizlik, enerji, ticarət və hazırda bərpaolunan enerji sahələrində əməkdaşlıq edirik”, - deyə Əliyev bildirib.
Bununla belə, prezident Bakının Vaşinqtonla əməkdaşlığında müəyyən məyusedici məqamların olduğunu deyib. “Lakin biz hər zaman daha geniş miqyasda baxmalıyıq. Müəyyən məyusedici məqamlar ola bilər. Əlbəttə, təəssüf edirik ki, erməni ailəsi olan senator Menendez hər zaman Azərbaycana hücum çəkir. O, erməni lobbisi deyil, anti-Azərbaycan lobbisidir. Təəssüf edirik ki, Adam Şif kimi insanlar Azərbaycanla bağlı ədavət dolu fikirlər yayır. İndi isə, o, “Dağlıq Qarabağı” tanımaq üçün “qətnamə” çıxarmağa çalışır. Əgər qəbul olunsa, həmin “qətnamə”nin dəyəri Fransa Senatının və Məclisinin qəbul etdiyi “qətnamə”lər qədər olacaq. Bir sözlə, biz bu insanları tanıyırıq və bilirik ki, onları erməni lobbisi maliyyələşdirir. Bilirik, çox güman ki, bu cür işbirliyinin kökü heç də saf deyil. Bu, mümkündür. Lakin Menendez, Şif və ya Şerman kimi adamların olması münasibətlərimizə təsir etməməlidir. (...) Bu məsələni biz, əlbəttə ki, nəzərə alırıq, lakin nə Menendez, nə Şif, nə də ki, onlar kimi hər hansı digər insan ABŞ ilə Azərbaycan arasındakı münasibətlərə təsir edə bilməyəcək. Münasibətlərimiz çox tarazlıdır, möhkəmdir, qarşılıqlı hörmətə əsaslanır və əminəm ki, bu, gələcəkdə də belə olacaq”, - deyə Əliyev vurğulayıb.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət