Böyük Britanıyanın baş naziri Rişi Sunak, Fransa və İsrail prezidentləri Emmanuel Makron və İshaq Hersoq, Aİ diplomatiyasıın rəhbəri Jozep Borrel, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və NATO-nun baş katibi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanı təkrar prezident vəzifəsinə seçilməsi münasibətilə təbrik ediblər.
"Rəcəb Tayyib Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. Aİ ilə Türkiyə arasında münasibətlər strateji əhəmiyyətə malikdir", - Borrel bildirib.
«Aİ strateji cəhətdən Türkiyə və onun bütün xalqı ilə əməkdaşlığın və qarşılıqlı faydalı münasibətlərin davam etdirilməsində, habelə Şərqi Aralıq dənizində sabit və təhlükəsiz vəziyyətdə maraqlıdır», - Borrel qeyd edib.
Avropa Komissiyasının prezidenti Ursula von der Lyayen də təbriklərə qoşulub.
"Aİ ilə Türkiyə arasında münasibətlərin qurulmasının davamını səbirsizliklə gözləyirəm. Həm Aİ, həm də Türkiyə üçün xalqlarımızın xeyrinə bu münasibətlərin inkişafı üzərində çalışmaq strateji cəhətdən vacibdir", - o, sosial şəbəkələrdə yazıb.
Öz növbəsində, Böyük Britaniyanın baş naziri «ticarətin genişləndirilməsi və təhlükəsizlik təhdidlərinə qarşı mübarizə (...)» məsələlərindən başlayaraq Türkiyə ilə əməkdaşlığın davam etdirilməsini gözlədiyini bildirib.
Fransa prezİdenti Ərdoğanı təbrik edərək, Fransa və Türkiyənin «böyük çağırışlarla birlikdə qarşılaşacağını» bildirib.
Eyni zamanda, İsrail prezidenti «Türkiyə ilə İsrail arasında mehriban əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində» birgə işlərin davam etdirilməsinə ümid etdiyini bildirib.
NATO-nun baş katibi Yens Stoltenberq sosial şəbəkələrdə yazıb: "Prezident Ərdoğanı yenidən seçilməsi münasibətilə təbrik edirəm. Birgə fəaliyyətimizin və iyul ayında NATO sammitinə hazırlığın davam etdirilməsini səbirsizliklə gözləyirəm". **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət