Azərbaycan Prezidenti Ilham Əliyev bu yaxınlarda Laçına səfəri çərçivəsində xatırlatdı ki, rəsmi Bakı iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini inteqrasiya məsələlərinin həlli və infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə görüş keçirməyə dəvət edib. Lakin hər iki dəvət cavabsız qalıb. Üstəlik, prezident Ilham Əliyev qeyd edib ki, Qarabağ separatçılarının bəzi nümayəndələri ağıl nümayiş etdirib, perspektivsiz qarşıdurmadan əl çəksələr, o zaman onlar üçün amnistiya mümkündür.
Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov “İnterfaks-Azərbaycan”a Azərbaycan prezidentinin təklifərinin şərh edərək aşağıdakıları deyib:
"Prezident Ilham Əliyevin təklifləri - çox böyük xoş niyyət jestidir, hansı ki, Qarabağ erməniləri tərəfindən özünün dinc gələcəyini təmin etmək üçün son şanslardan biri kimi dəyərləndirilməlidir. Mən Azərbaycanın Qarabağ iqtisadi rayonunun erməni sakinlərinə müraciət edirəm. Hörmətli Qarabağ erməniləri! Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi və ölkələr arasında sərhədlərin tanınması ilə bağlı mürəkkəb danışıqlar aparıldığı vaxtda, əslində sizin gələcəyiniz və uşaqlarınızın gələcəyi həll olunur. Lakin konstruktiv anlayış əvəzinə biz Araik Arutyunyan, Samvel Babayan, Ruben Vardanyan və onun kimi arzuolunmaz elementlərin öz hərəkətləri və çağırışları ilə Qarabağdakı vəziyyəti daha da gərginləşdirən təxribatçı hərəkətlərini görürük. Onlar Qarabağ ermənilərini tutub saxlayır və qorxudurlar, onlara Azərbaycan rəsmiləri və ölkə ictimaiyyəti ilə əlaqə yaratmaq, görüşmək imkanı vermirlər. Araik Arutyunyanın və onun kimi separatçıların məqsədi mümkün qədər uzun müddət «hakimiyyətdə» qalmaq, Ruben Vardanyanın isə siyasi karyera qurmaq, yarımağıllı Samvel Babayanın isə Qarabağ ermənilərini yenidən müharibə zəmininə salmaqdır. Şəxsi ambisiyaları naminə bu "xadimlər" sizi və uşaqlarınızın gələcəyini qurban verməyə hazırdırlar".
Ağadacanov hesab edir ki, prezident İlham Əliyevin başçılıq etdiyi rəsmi Bakı da bütün Azərbaycan cəmiyyəti kimi Qarabağ ermənilərini Azərbaycan vətəndaşı hesab etməyə hazırdır. "Sizinlə görüşməyə, təkliflərinizi dinləməyə və müzakirə etməyə və mümkün olduğu qədər problemlərinizi həll etməyə hazırdırlar. Bakı sizinlə dialoqa hazırdır.
Azərbaycan prezidenti və ölkə hakimiyyəti sizə təhlükəsizlik, sosial müdafiə və rifaha zəmanət verir ", - deyə o qeyd edib.
O xatırladıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, 14 may 2023-cü ildə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə tərəflər münasibətlərin normallaşmasında irəliləyiş əldə edib. "Bu görüşün yekununa dair bildirilib ki, Ermənistan 86,6 min kvadrat kilometrlik Azərbaycan ərazisini tanıyır. Bu, keçmiş DQMR nəzərə alınmaqla, Azərbaycan ərazisidir. Bu isə o deməkdir ki, Qarabağ ermənilərinin münaqişənin qanlı səhifəsini çevirmək və Azərbaycanın tərkibində sakit və sabit gələcəyi seçmək şansı var. Əziz Qarabağ erməniləri - kiminsə maraqlarına qurban verilməyinizə imkan verməyin. Azərbaycandan başqa sizə tərəqqi və inkişaf verən olmayacaq", - Ağacanov vurğulayıb. **
R.Əhmədov
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət