Dövlət Gömrük Komitəsi (DGK) 2023-cü ilin yanvar-may aylarında dövlət büdcəsinə 2 milyard 527 milyon 580,8 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-may aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 2 milyard 63 milyon 793,7min manat təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə dövlət büdcəsinə köçürmələr 22,5% artıb.
Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 1 milyard 802 milyon 573,1 min manat (artım 22,4%), aksizlər üzrə 79 milyon 541,2 min manat (artım 48,6%), yol vergisi üzrə 20 milyon 291,1 min manat (azalma 12,9%) təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 625 milyon 175,4 min manat (artım 21,5%) məbləğində olub.
2023-cü ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard 750 milyon manat təşkil edir. Lakin 2023-cü il dövlət büdcəsində dəyişikliklər nəticəsində DGK üçün plan 5 milyard 728 milyon manatadək artırılır. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət