Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində yumşaldılmaya gedə bilər.
AMB bu gün uçot dərəcəsinin 9% səviyyəsində saxlanılması ilə bağlı qərar qəbul edib. Mərkəzi Bank bundan əvvəl ardıcıl olaraq beş dəfə, sonuncu dəfə isə 2023-cü il mayın 4-dən uçot dərəcəsini 25 baza bəndi – 9%-ə qədər artırıb.
“İnflyasiya təzyiqlərinin davamlı səngiməsi halında pul siyasətinin sərtləşdirilməsində ən azı cari ilin sentyabrınadək pauza götürülməsi, sonrakı mərhələlərdə isə onun yumşaldılması imkanları nəzərdən keçiriləcək”, - deyə AMB-nun uçot dərəcəsi haqqında məlumatında bildirilir.
Mərkəzi Bank bundan sonra da inflyasiya amillərinin dərin təhlilini davam etdirəcək, monetar şərait vasitəsilə inflyasiyanı hədəf çərçivəsinə qaytarmaq üçün sərəncamındakı bütün alətlərdən adekvat istifadə edəcək.
“AMB pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcək”, - deyə məlumatda qeyd olunur.
Son aylarda Azərbaycanda inflyasiyanın azalması müşahidə olunur. 2023-cü ilin yanvar-may aylarında orta illik inflyasiya 13,1%-ə qədər (2022-ci ildə 13,9%) azalıb.
AMB 2023-cü ilin yekunları üzrə illik (12 aylıq) inflyasiyanı 8,3% səviyyəsində gözləyir. Mərkəzi Bankın məqsədi inflyasiyanın 4%-ə qədər azaldılmasıdır.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə orta illik inflyasiyanı 10,4% səviyyəsində proqnozlaşdırır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət