Azərbaycan Ordunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun inkişafı üzrə işlərin 70%-ni yekunlaşdırıb. Bu barədə müdafiə naziri Zakir Həsənov bəyan edib.
"Bu iş ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin strukturu üzrə yenidən qurulması ilə bağlı aparılır. Bu istiqamətdə işlərin əksəriyyəti artıq tamamlanıb, deyərdim ki, təxminən 70%-i. Bu, idarəetmə, hərbi təhsil, silahlı qüvvələrin strukturları və döyüş hazırlığı məsələlərini əhatə edir", - Həsənov Azərbaycanın CBC telekanalına müsahibəsində bildirib.
Nazir Azərbaycan Prezidentinin bu il Türkiyə Silahlı Qüvvələri ilə birgə bütün silahlı qüvvələrin iştirakı ilə 16 birgə hərbi təlimin keçirilməsinin planlaşdırması ilə bağlı sözlərini xatırlatdı, onlardan 6-sı artıq keçirilib.
"Həm Türkiyə ərazisində, həm də Azərbaycanda demək olar ki, hər gün bütün növ silahlı qüvvələrin mütəxəssislərimizin iştirakı ilə birgə təlimlər keçirilir. Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü silahlı qüvvələrindən biri olduğunu nəzərə alsaq, bu bizim üçün böyük şansdır", - nazir qeyd edib.
O cümlədən, Həsənov məlumat verib ki, Türkiyə ilə birgə layihə planlaşdırılır, bu nəinki Ankaradan yeni pilotsuz uçuş sistemlərinin alınması, həm də onların Azərbaycanda birgə istehsalı və istismarını nəzərdə tutur.
"Bu məsələlər artıq həll olunur və yaxın gələcəkdə ictimaiyyətimizə məlumat veriləcək. Artıq qərar qəbul olunub", - Həsənov deyib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət