2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $1,8 milyard təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20,6% çoxdur. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
İxracın strukturunda əsas həcm elektrik enerjisi ($314,4 milyon, artım 8,9 dəfə), pomidor ($120,7 milyon, azalma 4,9%), pambıq mahlıcı ($68,7 milyon, azalma 49,8%), ilkin formalı polipropilen ($64,9 milyon, artım 58,3%), qızıl ($60,5 milyon, azalma 23,8%), meşə fındığı ($58,8 milyon, artım 5,8%), metanol ($46,8 milyon, azalma 33,8%), polimerləşmədə ilkin formalı maddələr ($43,8 milyon, artım 3,8%) və sopolimerlərin ($43,7 milyon, artım 3,7 dəfə) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($552,3 milyon, artım 44,5%), Türkiyə ($512,5 milyon, artım 16,6%), Gürcüstan ($180,3 milyon, artım 94,9%), İsveçrə ($68,6 milyon, azalma 18,9%) və Qazaxıstan ($58 milyon, artım 2,5 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 30,7%-i Türkiyənin, 28,5%-i Rusiyanın payına düşüb.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2027-ci ilədək qeyri-neft məhsullarının ixrac həcmi $5 milyarda qədər artacaq.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət