2012-ci ildə Hollivud “Aclıq oyunları” fantastik trilogiyasının birinci hissəsini - “Alovu yaxalamaq” filmini çəkib. Büdcəsi $78 milyon olan bu film dünya kassasında təqribən $695 milyon gəlir əldə edib. Prodüserlər 2014-cü ildə artıq $125 milyon büdcə ilə trilogiyanın ikinci hissəsi olan “Aclıq oyunları: Zığ-zığ quşu. I hissə” filmini çəkirlər və bu film kassada daha da çox – $755 milyon gəlir gətirir. Üçüncü film - “Aclıq oyunları: Zığ-zığ quşu. II hissə” 2015-ci ildə nümayiş etdirilib, filmin büdcəsi $160 milyon olsa da, əldə olunan gəlir cəmi $653 milyon təşkil edib və bundan sonra layihə bağlanıb.
Bu gün bəşəriyyətin istifadə etdiyi demək olar ki, bütün nemətlərin birbaşa və ya dolayı yaradıcıları olduqları ilə əsassız şəkildə öyünməyi sevən “qədim” qonşularımız “Aclıq oyunları”nın uğuru fonunda qərara gəliblər ki, əgər Hollivud ətrafında çoxlu sayda erməni yaşayırsa, onlar da “Ermənisayağı aclıq oyunları” adlı film çəkə bilərlər. Və onlar bu fikri reallığa çevirdilər, onsuz da Ermənistan hökuməti və diasporu əvvəlcədən uğursuzluğa məhkum olan layihələr təşkil etməyi sevir.
“Aclıq oyunları”nın erməni versiyasının prodüseri və ssenari müəllifi Ermənistanın baş naziri Nikol Paşinyan olub, o, öz hökumətinin xarici işlər naziri Ararat Mirzoyanı rejissor seçib, filmdə kütləvi səhnələrə isə əsasən ABŞ-da yaşayan diaspor avaraları cəlb olunub. Çəkiliş üçün yer seçimi bir qədər qəribədir - Azərbaycanın Qarabağ bölgəsi. Ancaq bu, erməni “film”inin əvvəlcədən uğur qazanma şansının olmadığını göstərən amillərdən biridir. Qeyd etmək lazımdır ki, prodüser əvvəlcədən aktyorlara qənaət etməyi qərara alıb, buna görə də “baş rollar”a üçüncü sort aktyorlar (Araik, Qurgen) dəvət edilib, pulların yuyulması üçün istifadə olunan mafiya fırıldaqçısı kimi ad çıxarmış Ruben Vardanyan isə “xüsusi dəvət olunmuş ulduz” seçilib. Bir sözlə, prodüser necədirsə, aktyorlar da o cürdür.
Prodüser və sponsorlar filmin promo-aksiyasına külli miqdarda xərc çəkiblər. Onlar dəqiq məbləği açıqlamasalar da, istənilən halda mediada, müxtəlif tərkibli siyasi bomond arasında reklam heç də ucuz başa gələn iş deyil. Hər bir halda “film” ətrafında çox hay-küy qaldırıldı. Ancaq bir çox ekspertlər artıq “film”in premyerasından əvvəl onun uğursuz olacağını proqnozlaşdırmışdı. Və bu cür ekspert rəyləri çox səsləndikcə, prodüserlər bu “film”in böyük münsiflər heyətinin rəhmdil üzvlərini cəzb edə biləcəyinə ümid edərək onun tanıdılmasına bir o qədər çox pul xərcləyirdilər.
Beləliklə, “film”in premyerası avqustun 16-da Nyu-Yorkda baş tutdu. Dəvət olunan qonaqlar (onların bəziləri əsnəməmək üçün özlərini güclə saxlayırdılar) əvvəlcədən kino qrupunun “xidmətlərini” qeyd etmək taktikasını seçsələr də, xüsusi heyranlıqlarını bildirmədilər. 15 qonağın demək olar ki, hamısı eyni fikri səsləndirdi. Onların ümumi fikri belə olub – “film” heç nə haqqında deyil və bu cür nüfuzlu cəmiyyətdə baxılmağa layiq deyil. Qonaqlardan biri isə belə “filmlər”in ümumiyyətlə çəkilməməli olduğunu və çəkilişlərə xərclənmiş ağlasığımaz dərəcədə yüksək məbləğlərin daha faydalı bir işə yönəldilə biləcəyini bildirib. Azərbaycandan olan siyasi tənqidçinin çıxışı isə nümayişin apofeozu olaraq bu erməni kinosunun xətalarını bütün qonaqlara açıq şəkildə nümayiş etdirdi və bununla da “Ermənisayağı aclıq oyunları”nın siyasi premyerasının iflasına “yağlı nöqtə” qoydu.
Bundan sonra nə olacaq?
Bu “film”in uğursuz olacağı gözlənilirdirmi? Bəli, gözlənilirdi, baxmayaraq ki, bəzi münsiflər nəzəri olaraq iclasın sonunda hansısa kağız parçasının qəbul edilməsinə səy göstərə bilərdilər. Ötən ilin dekabrından Ermənistan BMT Təhlükəsizlik Şurası vasitəsilə Laçın yolu ilə bağlı Azərbaycan əleyhinə qərarın qəbul edilməsi üçün bir neçə dəfə cəhd göstərib. Ancaq BMT Təhlükəsizlik Şurasında axmaq siyasətçilər oturmur. Bəli, orada Cənubi Qafqazda cərəyan edən proseslərdən ümumiyyətlə heç nə anlamayan ölkələr də təmsil olunur və onlar Ermənistan tərəfinin yalanlarına nəzəri olaraq inana bilərdilər. Bütövlükdə iclasın yekunları üzrə belə nəticəyə gəlmək olar. BMT Təhlükəsizlik Şurasının üzvləri Laçın yolunun açılmasının tərəfdarıdır. Əslində, bu yol mülki şəxslər üçün ümumiyyətlə bağlanmayıb. Azərbaycan yalnız Ermənistandan Qarabağdakı separatçılara silah tədarükü, eləcə də erməni hərbçilərin rotasiya imkanlarını bağlayıb. Daha bir məqam isə bundan ibarətdir ki, Azərbaycan Ermənistanla sərhəddə normal buraxılış sistemi qurub ki, bu da öz ərazi bütövlüyünə və suverenliyinə hörmət edən hər bir ölkə üçün doğru addımdır. Bu, Ermənistanın xoşuna gəlməsə də, onların öz problemidir.
İkinci məqam isə bundan ibarətdir: demək olar ki, bütün əsas aktorlar Qarabağdakı ermənilərə yüklərin çatdırılması üçün artıq hazır olan Ağdam-Xankəndi yolundan da rahat istifadə oluna biləcəyinin lehinə fikir bildiriblər. Bu isə düzgün yanaşmadır. Yoxsa ki, guya Qarabağda aclıq çəkən ermənilərin olması, ancaq onların yükləri yalnız Laçın yolu ilə almaq istəmələri çox qəribə görünür və heç bir məntiqə sığmır, əgər onlar həqiqətən də acdırlarsa, onlar üçün yükləri hansı yolla alacaqlarının heç bir fərqi olmamalıdır, əsas bu yüklərin olmasıdır. Üstəlik, 120 min ac insanın olması nağılına təkcə ermənilərin özləri və onların Amerika və Avropa valyutası hesabına buna inandırdıqları media və siyasətçilər inanır. İstənilən halda Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin göstərdiyi kimi, Qarabağdakı ermənilər yaxşı yaşayır, toy, ad günləri və digər mərasimlərdən fotoşəkillər yerləşdirirlər. Keçən ilin dekabrından bəri isə biz kütləvi aclıqla bağlı və buna bənzər heç bir fotoşəkil görməmişik. Bunlar ola da bilməz, çünki “aclıq” yalnız ermənilərin öz beynindədir.
Üçüncü məqam bundan ibarətdir ki, əsas aktorlar İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesini qaçılmaz hesab edir və tərəfləri birbaşa təmaslara çağırırlar ki, Ermənistan da bundan çox qorxur.
Dördüncü məqam - BMT Təhlükəsizlik Şurasının üzvləri ardıcıl ikinci dəfədir ki, Laçın yolu ətrafındakı vəziyyəti müzakirə edir və ümumiyyətlə heç bir sənəd qəbul etmədən dağılışırlar. Bu o deməkdir ki, üzvlərdən birinin də açıq şəkildə söylədiyi kimi, onlar bu cür faydasız toplantılardan beziblər. Bu gün dünyada BMT-nin ciddi şəkildə məşğul olmalı olduğu çoxlu sayda daha vacib problemlər var. Təşkilatın isə Qarabağdakı ermənilərin saxta aclığına sərf edəcək vaxtı və resursları yoxdur.
Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası BMT Təhlükəsizlik Şurasının iclasının məhz belə başa çatması üçün çox böyük işlər görüb. Bu isə həqiqətən çox vacib aspekt, pərdə arxasında nə qədər böyük işlərin görüldüyünün göstəricisidir.
Ancaq arxayınlaşmaq üçün hələ tezdir. Bədnam qonşularımızın şikayətlənməyə son qoyacaqlarını və nəhayət, Azərbaycanla sülh danışıqlarında konstruktivlik nümayiş etdirəcəklərini (Azərbaycan XİN-in də çağırdığı) güman etmək sadəlövhlükdür. Ermənistanda Azərbaycanla danışıqlarda vaxtı uzatmaq, sülh müqaviləsinin imzalanmasını gecikdirmək, qəsdən reallaşmayacaq ideyalar irəli sürmək və s. kimi əhval-ruhiyyə hələ də güclüdür. Onların geosiyasi vəziyyətin və küləyin istiqamətinin dəyişməsini gözləməsinin əbəs yerə olduğunu biz başa düşsək də, ermənilər öz dünyalarında yaşayır və beyinləri normal insanların beyni kimi işləmir.
Bundan başqa, erməni siyasətçilər və diaspor digər mənasız layihələrə pul xərcləməyi dayandırmayacaq. Ötən ilin yayında onlar Nensi Pelosinin Ermənistana gəlməsinə (qeyri-rəsmi məlumatlara görə) təxminən $180 milyon xərc çəkiblər. Pul boşuna getsə də, bu mənasız siyasi aksiyadan qazanclı çıxan (maliyyə baxımından) amerikalı nənənin özü, diaspordan olan bir neçə işbaz oldu. “Ermənisayağı aclıq oyunları” filmi ilə bağlı olduğu kimi, xərclər gəlirdən qat-qat çox oldu.
Şübhəsiz ki, Azərbaycan hakimiyyəti erməni separatizminə son qoymaq üçün tədbirlər görməyə davam edəcək. İndi bu istiqamətdə daha bir addım atıldı…
A.Əzizov
Bayramov Brüsseldə “Şərq tərəfdaşlığı” xarici işlər nazirlərinin görüşündə iştirak edəcək
Gürcüstan parlamentinin spikeri Azərbaycana rəsmi səfərə gəlib
Əliyev: 2023-cü ildə Azərbaycan Bolqarıstana 1 milyard kubmetrə yaxın qaz tədarük edəcək
Əliyev: Azərbaycan Avropaya qaz təchizatının coğrafiyasını genişləndirməyi planlaşdırır
Nazirlər Kabineti 2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərini müəyyən edib
Azərbaycanın qərbində avtomobil yolunun əsaslı təmiri üçün AAYDA-ya 2 milyon manat ayrılacaq
Xarici investor ilk dəfə Naxçıvanın səhiyyə sisteminə 5 milyon manat sərmayə qoyub
Naxçıvanda yeni fiber-optik magistral şəbəkənin yaradılmasına 1,5 milyon manat yönəldiləcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bakcell dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!
CityNet-in əsas tərəfdaşlığı ilə GameSummit festivalı keçiriləcək
Bank Respublika “İkiqat Dəstək” mikro kredit kampaniyasına start verir!
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək