Ağdamın “Qarabağ” klubu Finlandiyanın “HİK” komandası üzərində iki qələbədən (2-1 və 2-1) sonra UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.
Bu gün Helsinkidə keçirilən cavab oyununun 10-cu dəqiqəsində “HİK” komandasının hücumçusu Santeri Hostikka hesabı açıb. 16-cı dəqiqədə Kevin Kuassivi-Benissanın ikinci sarı vərəqəni alaraq oyundan kənarlaşdırılması ilə ev sahibləri sayca azlıqda qalıblar. “Qarabağ”ın yarımmüdafiəçisi Tural Bayramov birinci hissənin sonunda penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib, 56-cı dəqiqədə isə yarımmüdafiəçi Yassin Benzia komandasını hesabda irəli çıxarıb.
Azərbaycan təmsilçisi Bakıda keçirilmiş ilk oyunda da “HİK”ə 2:1 hesabı ilə qalib gəlib.
Bələliklə, “Qarabağ” iki oyunun nəticələrinə əsasən, Avropa Liqasının pley-off mərhələsinə yüksəlib. Bu mərhələdə ağdamlıların rəqibi Sloveniyanın “Olimpiya” komandası olacaq. “HİK” isə çıxışını Konfrans Liqasında davam etdirəcək.
Avropa Liqasında pley-off mərhələsinin oyunları 24 və 31 avqust tarixlərində keçiriləcək.*
Xəbərlər şöbəsi
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət