Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Azərbaycanın mövqeyi Qarabağla bağlı bütün məsələlərin Bakı ilə Moskva arasında ikitərəfli əsasda həll edilməsindən ibarətdir.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Putin bu gün Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxışı zamanı bildirib ki, Rusiya tərəfi vaxtı ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif variantlar təklif etsə də, Ermənistn tərəfi bu təklifləri rədd etdi. Onun sözlərinə görə, bu, indi yaranmış vəziyyətə gətirib çıxardı.
“Biz nizamlanma ilə bağlı (Qarabağ münaqişəsinin - İF) öz variantlarımızı təklif etmişdik. Ermənistan Ermənistan-Azərbaycan münaqişəsindən sonra yeddi rayonu nəzarətə götürmüşdü. Biz təklif etdik ki, iki rayon - Kəlbəcər və Laçın və bütün Qarabağ Ermənistanın yurisdiksiyasında qalmaqla Azərbaycanla razılığa gəlsinlər. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Baxmayaraq ki, biz Ermənistan rəhbərliyini 10-15 il ərzində inandırmağa cəhd edirdik. Müxtəlif variantlar təklif etmişdik. Lakin yekunda hər şey elə buna gətirib çıxardı. Bizim “bəs nə edəcəksiniz?” sualına onlar “mübarizə aparacağıq” deyə cavab verirdilər”, - deyə Rusiya lideri qeyd edib.
O əlavə edib ki, Ermənistan rəhbərliyi Bakının Qarabağ üzərində suverenliyini rəsmi olaraq tanıdıqdan sonra Azərbaycan Prezidenti açıq şəkildə bəyan edir ki, Qarabağın statusu məsələsi həll olunub.
“(Azərbaycan və Ermənistan liderləri – İF) bunu Praqa bəyanatında, kağız üzərində təsbit ediblər. İndi mənə Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Ermənistan Qarabağın bizim olduğunu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o həll olunub, Ermənistan rəhbərliyi bu barədə açıq şəkildə bəyan edib, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb, hansı ki, bura Qarabağın ərazisi də daxildir. Bu baş verib və bu, bizim qərarımız deyil. Bu, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda (Bakı ilə Moskva arasında - İF) həll etməlisiniz. Onda biz nə deməliyik? Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, burada daha deməyə söz yoxdur”, - deyə Putin vurğulayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət