2020-ci ilin noyabr ayından etibarən – İkinci Qarabağ müharibəsi sona çatandan sonra Qarabağ və Şərqi Zəngəzurda 314 Azərbaycan vətəndaşı Ermənistan tərəfinin yerləşdirdiyi minaların qurbanı olub. Onlardan 61 nəfər həlak olub.
Çərşənbə axşamı XİN-dən “İnterfaks-Azərbaycan”a daxil olan bəyanatda qeyd olunur ki, bu gün səhər saatlarında 2 mülki şəxs daxil olmaqla, daha 6 nəfər mina qurbanı olub.
“Xocavənd rayonu ərazisində baş verən mina partlayışı bir daha göstərir ki, Üçtərəfli bəyanatın 4-cü bəndini kobudcasına pozaraq Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini hələ də çıxarmayan, hərbi fəaliyyəti və minaların yerləşdirməsini davam etdirən Ermənistanın və onun yaratdığı qondarma rejimin əsas məqsədi bölgədə hərbi gərginliyi artırmaq, terrorçuluqla məşğul olmaqdır”, - bəyanatda deyilir.
XİN vurğulayır ki, bu təxribatların məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.
XİN bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatlarını və törətdiyi terror aktlarını qətiyyətlə pisləməyə və onların qarşısın alınmasına çağırıb. **
X.Nəsirzadə
27-28 noyabr tarixlərində “MuğanBank”ın əmanətçilərinə 100 milyon manat kompensasiya ödənilib
2020-ci ildən TAP vasitəsilə Aİ ölkələrinə 30 milyard kubmetrdən çox Azərbaycan qazı nəql olunub
LDU 5 mərtəbəli laboratoriya binası inşa etməyi planlaşdırır
Əliyev İsmayıllıda “DOST EVİ” filialının açılışında iştirak edib
Qarğabazar kəndində 2 min nəfərin yaşaması üçün infrastruktur inşa ediləcək
“Azərsu” İsmayıllıda bir neçə kəndin su təchizatının yaxşılaşdırılması üçün podratçı seçir
Blinken Qəzzada humanitar fasilənin uzadılmasını müzakirə edəcəyini vəd edir
London və İrəvan müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Klaar Türkiyədə Azərbaycan-Ermənistan sülh prosesini müzakirə edib
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və NEQSOL Holding Anlaşma Memorandumu imzalayıb
Yelo Bank-ın “Yelaw Boot Camp” proqramının iştirakçıları seçildi
Gələn həftə Bakıda SPECA Sammiti keçiriləcək
Dayanıqlı İnkişafa dair II Bakı Forumu keçiriləcək
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək