Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dərman, ərzaq və digər yüklərin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün lazımi şəraitin yaradıldığını bildirib.
“Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin nümayəndələri və digər beynəlxalq tərəfdaşlarla görüşdüm. BQXK nümayəndələri ilə görüşdə bildirdik ki, dərman, ərzaq və digər yüklərin BQXK tərəfindən Laçın-Xankəndi və Ağdam-Xankəndi yolları ilə çatdırılması üçün bütün lazımi şərait yaradılıb və təmin ediləcək”, - deyə Hacıyev bu gün “X” sosial şəbəkəsində yazıb.
O qeyd edib ki, Azərbaycan tərəfi BQXK vasitəsilə erməniəsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə və ya onlara kömək etməyə hazırdır. “Sorğu nəticəsində yaralı hərbçilərin toplanması üçün BQXK-nın tibbi maşınlarının hərəkətinə dəstək verilir. Bu məqsədlə biz də təcili tibbi yardım maşınları ayırmağa, tibbi yardım göstərməyə hazırıq”, - deyə Əliyevin köməkçisi bildirib.
Hacıyev əlavə edib ki, Ermənistana tibbi təxliyə üçün tibbi maşınlar Ermənistandan da gələ bilər.
Onun sözlərinə görə, döyüş meydanında qalan erməni döyüşçülərin meyitlərinin toplanması üçün Rusiya sülhməramlıları ilə iş aparılır.
Prezidentin köməkçisi deyib ki, Bakı BQXK-nın Cenevrə ofisindən əlavə heyətin göndərilməsini dəstəkləyir.
Hacıyev qeyd edib ki, “könüllü surətdə silahı yerə qoyan erməni hərbçilər açıq şəkildə bəyan etdiyimiz kimi azaddırlar”.
“Mülki-hərbi əməkdaşlıq konsepsiyası çərçivəsində Azərbaycanın hərbi və mülki şəxsi heyəti mülki şəxslərə yardım edir və bundan sonra da edəcək”, - deyə o əlavə edib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət