Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə reinteqrasiya məsələləri ilə bağlı dialoq bir neçə istiqamətdə aparılacaq. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Antiterror tədbirləri dayandırıldıqdan sonra (sentyabrın 20-də - İF) Azərbaycan tərksilah, demobilizasiya və yerlərdə reinteqrasiya üzrə praktiki addımlara başlayıb. Azərbaycan hökumətinin xüsusi nümayəndəsinin Ermənistan sakinlərinin nümayəndələri ilə çoxdan gözlənilən görüşü nəhayət sentyabrın 21-də Yevlax şəhərində baş tutdu. Dialoq hökumətin reinteqrasiya planlarının birbaşa müzakirəsi, həmçinin infrastrukturun bərpası və istismarı, humanitar malların və ictimai xidmətlərin çatdırılması ilə bağlı məsələlərin həlli formatında davam etdiriləcək”, - deyə nazir sentyabrın 23-də BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirələri çərçivəsində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, artıq mərkəzi hakimiyyət orqanları təxirəsalınmaz lazımi humanitar dəstək tədbirlərinin həyata keçirilməsinə başlayıb. Hal-hazırda yerli mülki əhalinin ehtiyaclarını ödəmək üçün bütün səylər səfərbər edilib.
XİN başçısı bir daha bildirib ki, Azərbaycan Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinləri bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir. “Azərbaycan Konstitusiyası və milli qanunvericiliyi, qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır”, - deyə Bayramov əlavə edib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət