Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) erməni separatçıların həbs edilməsi ilə bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını pisləyib.
“Ermənistan Xarici İşlər Nazirliyinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalı nəticəsində suveren ərazilərimizdə yaratdığı qondarma separatçı rejimin üzvlərinin Azərbaycan tərəfindən həbsinə etiraz olaraq 4 oktyabr tarixində verdiyi bəyanatı qətiyyətlə pisləyirik”, - deyə XİN-in şərhində bildirilir.
Bakıda hesab edirlər ki, sözügedən bəyanat Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində yürütdüyü təcavüzkar siyasət və əməllərdən əl çəkmədiyini nümayiş etdirir. Bu bəyanat, həmçinin həbsi həyata keçirilmiş şəxslər tərəfindən törədilmiş əməllərə bəraət qazandırılması cəhdidir.
“Qeyd edilən şəxslərin həbsi ədalətin bərpasına xidmət edir və bu addımların legitimliyinin şübhə altına alınması qəbuledilməzdir. Bununla yanaşı, tərk-silaha razı olan minlərlə Ermənistan hərbçilərinin və qanunsuz hərbi birləşmələrin Azərbaycan tərəfindən humanist addım olaraq sərbəst buraxıldığı və heç bir maneə olmadan Ermənistana getdiyi Ermənistan XİN-nə yaxşı məlumdur və bu xüsusda Ermənistanın apardığı saxta kampaniyanın heç bir əsası yoxdur. Azərbaycanın Qarabağ bölgəsindən könüllü əsasda Ermənistana getmiş erməni sakinlərin öz yaşayış yerlərinə geri qayıtmasını təşviq etmək əvəzinə, onlar arasında təşviş yaratmaq və Azərbaycana qarşı irqi və etnik nifrət aşılamaq məqsədi daşıyan bu bəyanat Ermənistanın sülh səylərinə mane olan destruktiv fəaliyyətinin tərkib hissəsidir”, - deyə şərhdə vurğulanır.
Qeyd olunub ki, Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində düçar olduğu uğursuzluqlara rəğmən, yenə də əsassız olaraq və beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə məhkəmə qarşısında iddialar irəli sürməkdə davam etməsi bu ölkənin Azərbaycanla sülh və normallaşma prosesində maraqlı olmadığını nümayiş etdirir. Ermənistanın bu kimi fəaliyyəti bölgədə sülhün, təhlükəsizliyin və ədalətin bərqərar olmasına əsas təhdid mənbəyidir.*
Xəbərlər şöbəsi
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət