Rəsmi Bakı Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə aparması ilə bağlı İrəvanın bütün iddialarını qəti şəkildə rədd edir. Bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov oktyabrın 12-də Beynəlxalq Ədalət Məhkəməsində keçirilən dinləmələrdə bildirib.
“Azərbaycan Qarabağın erməni əhalisinə qarşı etnik təmizləmə aparması ilə bağlı bütün ittihamları qəti şəkildə rədd edir”, - deyə o qeyd edib.
Məmmədov vurğulayıb ki, Ermənistanın Azərbaycan tərəfindən dinc əhaliyə qarşı etnik təmizləmə və kobud rəftar olması ilə bağlı ittihamları heç bir şəkildə reallığı əks etdirmir, üstəlik, BMT-nin artıq iki missiyasının digər beynəlxalq qurumlarla birgə oktyabr ayı ərzində Qarabağa səfəri zamanı çıxardığı nəticələrlə tamamilə ziddiyyət təşkil edir.
“Azərbaycan etnik təmizləmə aparmayıb və aparmayacaq da, mülki əhaliyə hücum etməyib, etməyəcək də. Qarabağ erməniləri ölkəmizin vətəndaşlarıdır, onların hüquq və təhlükəsizliyi digər ölkə vətəndaşları kimi təmin ediləcək. Azərbaycan onların qayıtması və normal yaşaması üçün şərait yaratmağa hazırdır”, - deyə nazir müavini bildirib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət