2023-cü ilin əvvəlindən Azərbaycanda 5 minə yaxın şəxs ipoteka kreditlərindən,1 mindən çox şəxs isə kirayə mənzil mexanizmindən istifadə edib. Bu barədə İpoteka Kredit və Zəmanət Fondunun (İKZF) ipoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov bəyan edib.
"İndiyə qədər Azərbaycanda 51 mindən çox insan öz mənzil problemlərini Fond vasitəsilə həll edib: 47,2 mindən çox insan 2,8 milyard manat dəyərində ipoteka krediti alıb, daha 4 mindən çox insan isə mənzillərin kirayə mexanizmindən istifadə edib. Həmçinin, 2023-cü ilin əvvəlindən Azərbaycanda5 minə yaxın şəxs ipoteka kreditlərindən,1 mindən çox şəxs isə kirayə mənzil mexanizmindən istifadə edib”, - Kələşov ATV telekanalında yayımlanan "İqtisadi zona" verilişində deyib.
Onun sözlərinə görə, son 3 il ərzində İKZF-nin məhsullarına tələbin artımı müşahidə olunur. “Bu dövr ərzində bizim məhsullar hesabına 20 mindən çox şəxs öz mənzil şəraitini yaxşılaşdırıb, həmçinin 16 min şəxsə1,2 milyardmanat ipoteka krediti ayrılıb”, - o qeyd edib.
Kələşov əlavə edib ki, 2023-cü ildə vətəndaşlardan Fonda daxi olan ipoteka müraciətləri 1,5 milyard manat səviyyəsində qiymətləndirilir, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.
O qeyd edib ki, hazırda ipoteka kreditləşməsi üzrə orta yaş həddi34yaş təşkil edir.
Kələşov vurğulayıb ki, 2023-cü ildə Bakıda borcalanlar üzrə ipoteka üzrə orta aylıq ödəniş həcmi 590 manat, ölkənin regionlarında isə 362 manat təşkil edir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət