Bazar ertəsi Tehranda Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan keçirilən görüş zamanı ikitərəfli münasibətlər və regional problemləri müzakirə ediblər. Bu barədə Ermənistan Xarici Işlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Oktyabrın 23-də Tehranda regional konsultativ platformasının ("3+3") görüşü çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib. Regional və ikitərəfli gündəmin cari məsələləri müzakirə olunub", - mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, görüşdə öncə əldə olunmuş razılaşmaların icrasına hazırlıq təsdiqlənib.
İyunun sonunda Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin normallaşması prosesini və üçüncü ölkələrin vətəndaşları və diplomatik pasport sahibləri üçün Ermənistan-Türkiyə sərhədinin açılması barədə razılaşmanın icrası prosesini müzakirə ediblər.
İyul ayında Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan jurnalistlərə bəyan edib ki, İrəvan Türkiyə ilə sərhəddə sərhəd-keçid məntəqəsinin tikintisi və bərpası istiqamətində fəal işlər aparır. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət