BMT Baş Assambleyası 22 ərəb dövlətinin İsrail və HƏMAS qruplaşması arasında dərhal atəşkəsə çağıran qətnaməsini təsdiqləyib.
Sənədi 120 ölkə dəstəkləyib. 14 ölkə qarşı çıxıb, 45 ölkə bitərəf qalıb.
Ərəb ölkələri adından İordaniyanın təqdim etdiyi qətnamənin mətnində «hərbi əməliyyatların dayandırılmasına səbəb olan dərhal, möhkəm və davamlı humanitar barışığa», həmçinin «fələstinli qaçqınlara kömək üçün BMT Yaxın Şərq Agentliyinə dərhal tam, davamlı, təhlükəsiz və maneəsiz humanitar çıxışın verilməsi» çağırışı yer alıb. Bundan əlavə, qətnamə Qəzzaya humanitar yardım tədarükünün asanlaşdırılması üçün humanitar dəhlizlərin yaradılmasına çağırır.
Bundan əlavə, sənəddə münaqişə tərəflərinə «beynəlxalq hüquqa uyğun olaraq öhdəliklərin dərhal və tam yerinə yetirilməsi» tələbləri yer alıb. Ərəb ölkələrinin qətnamə layihəsində «qanunsuz olaraq əsir tutulmuş bütün mülki şəxslərin dərhal və şərtsiz azad edilməsi» haqqında müddəa təqdim edilib.
Qətnamədə həmçinin «fələstinli mülki əhalinin məcburi köçürürlməsi cəhdlərinin» istisna edilməsi nəzərdə tutulur, həmçinin İsrailin dinc sakinlərin Qəzza zolağının şimal hissəsindən cənuba köçürülməsi əmrinin ləğv edilməsinə çağırır.
Sənədin layihəsində Yaxın Şərqdə gələcək destabilizasiyanın qarşısını almaq üçün təmkinli olmağın vacibliyi vurğulanır.
Dünən Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mansur BMT Baş Assambleyasının xüsusi sessiyasında ölkələrə müraciət edərək sənədin lehinə səs verməyə çağırıb.
Öz növbəsində, İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan məlumat verib ki, sənəddə oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatının İsrailə hücumundan və bu hücumun qurbanlarından bəhs edilmir. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət