Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Səudiyyə Ərəbistanı, İndoneziya və Misir rəhbərləri ilə İslam Əməkdaşlıq Təşkilatının və Ərəb Dövlətləri Liqasının Ər-Riyaddakı növbədənkənar sammiti çərçivəsində görüşərək Yaxın Şərqdə münaqişənin dayandırılması üçün müsəlman dünyasının birləşməsinə çağırıb.
"Prezident Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı Krallığının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb (...) Prezident görüşdə bəyan edib ki, İsrailin Qəzzadakı hücumları qırğına çevrilib və İslam dünyası müharibəyə son qoymaq və bölgədə sülhü təmin etmək üçün birgə fəaliyyət göstərməlidir", - Türkiyə liderinin mətbuat xidməti “X” sosial şəbəkəsində məlumat verir.
Ərdoğan İndoneziya prezidenti Coko Vidodo ilə görüşdə qeyd edib ki, Qəzza zolağında «İsrailin xəstəxanalara, məktəblərə, dini tikililərə, habelə qeyri-hökumət təşkilatlarının əməkdaşlarına hücumları qəbuledilməzdir».
O cümlədən, Türkiyə prezidenti Misir prezidenti Abdül Fəttah əs-Sisi ilə görüşüb. Bu danışıqlar zamanı Ərdoğan vurğulayıb ki, «İsrailin Qəzzadakı günahsız mülki şəxslərə qarşı insan hüquqlarını pozması beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmalıdır».
Bundan əlavə, Ərdoğan qeyd edib ki, Türkiyə Qəzza zolağının sakinlərinə humanitar yardım göstərməyə davam edir. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət