BMT və digər beynəlxalq təşkilatlar İsrail ordusu tərəfindən Qəzza zolağının dinc sakinlərinin kütləvi qətlləri qarşısında heç bir tədbir görmür.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
"BMT və digər beynəlxalq təşkilatların müsəlmanlar həlak olduqda səmərəsiz və kor olduğunun bir daha şahidi olduq. Beynəlxalq ictimaiyyət Qəzzadakı kütləvi qətllərə qarşı tədbirlər görməlidir. Lakin görürük ki, BMT Təhlükəsizlik Şurası yenidən heç bir tədbir görmür", - Türkiyə lideri bildirib.
O, həmçinin ABŞ-ın İsrail-Fələstin münaqişəsi fonunda mövqeyini tənqid edib. «Əgər Baydenin “Qəzza Fələstin xalqının torpağı deyil, onu işğal edən məskunların və Israilin torpağıdır” yanaşması olarsa, biz razılığa gələ bilməyəcəyik», - deyə o, xüsusilə qeyd edib.
Onun sözlərinə görə, «bir sıra ölkələrin hökumətləri İsraili imperialist maraqlarına görə haqq qazandırmağa çalışsalar da, onların cəmiyyətlərinin gözü qarşısında uşaqların qatili olan ölkədir».
Prezident Ərdoğan əlavə edib ki, İsrail-Fələstin münaqişəsini həll etmək məqsədilə «telefon diplomatiyasını» aktivləşdirmək niyyətindədir.
Onun sözlərinə görə, İsrail-Fələstin münaqişəsində «bölgədəki bütün fəaliyyət göstərən şəxslərin, o cümlədən döyüşən tərəflərin iştirakı ilə görüşdən daha əlverişli bir zəmin ola bilməz».
Dövlət başçısı bir daha vurğulayıb ki, Fələstinin HƏMAS hərəkatı «terror təşkilatı deyil, torpaqlarını qorumağa çalışan və vətəni uğrunda mübarizə aparan insanlardır».
Dövlət başçısı Türkiyənin regiondakı roluna da toxunub. «Bu coğrafiyada Türkiyəni nəzərə almadan təşəbbüslər irəli sürmək və ya planlar qurmaq mümkün deyil», - o vurğulayıb.
«Bölgəmiz on minlərlə kilometr məsafədə olan və burada öz təsirini qurmaq istəyən ölkələrdən dərhal qurtulmalıdır», - Türkiyə lideri qeyd edib. **
V.Əliyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət